Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1240/2025 29.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X1, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nın yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X2 və polis serjantı, yol-patrul xidməti inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X7 küçəsi, ev 1 inzibati bina ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 29 may 2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 28 may 2025-ci il tarixdə, saat 23:15-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 28 may 2025-ci il tarixdə, saat 23:15-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə ƏÇPA-nın əməkdaşları vasitəsilə 10-cu PŞ-na təmin olunmuşdur. Odur ki, onun barəsində tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin DYPŞnın yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X5 öz izahatında göstərmişdir ki, 28 may 2025-ci il tarixdə, saat 23:15-də ** YP *** çağırışlı avtopatrulla Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində xidmət aparan zaman Şəxs patrul maşınının qarşısını kəsərək, nalayiq ifadələr işlədərək onların xidmətinə mane olmuşdur. Onlar dərhal radiostansiya vasitəsilə ərazidə xidmət aparan ƏÇPA-nın əməkdaşlarını köməyə çağırmış və vətəndaşı 10-cu PŞ-ya təmin etmişlər. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin DYPŞnın polis serjantı, yol-patrul xidməti inspektoru X8 öz izahatında yuxarıda qeyd edilən hadisə zamanı X5 ilə birlikdə xidmətdə olduğunu bildirərək onun izahatda qeyd etdiklərini təsdiq etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, Binəqədi rayonu, 28 may küçəsi, İzvlinoy 2, ev 354 ünvanında ailə üzüvləri ilə birlikdə yaşayır. 28 may 2025ci il tarixdə, saat təxminən 22:00 radələrində Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən, hazırda adını xatırlamadığı kafeyə gedərək bir qədər spirtli içki olan pivə qəbul etmişdir. Bundan sonra həmin tarixdə, saat təxminən 23:00 radələrində yaşadığı ünvana getmək məqsədilə kafedən çıxmışdır. Kafedən çıxan zaman sərxoş olduğu üçün qarşısına çıxan patrul maşınının qarşısını kəsərək onların xidməti fəaliyyətinə mane olmuşdur. Bu zaman polis əməkdaşları ondan sakitliyə riayət etməsini xahiş etsələr də o içkili olduğu üçün onlara əhəmiyyət verməmişdir. Həmin vaxt polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Daha sonra digər polis əməkdaşları qeyd olunan ünvana gəlmiş və onu PŞ-nə dəvət etmişlər. O buna etiraz etsə də sonradan polis əməkdaşları onu 10-cu PŞ-ya aparmışlar. O törətdiyi əməldən peşiman olduğunu, ilk dəfə inzibati pozuntu törətdiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarına əlavə edilmiş 29 may 2025-ci il tarixli, 2/29983 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs 29 may 2025-ci il tarixdə, saat 01:10-da tibbi müayinədən keçirilərkən onda orta dərəcə alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 29 may 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 29 may 2025-ci il tarixdə, gecə saat 01:50-də tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1240/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1240/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver