Məhkəmə qərarları › İş №3(002)-1243/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1243/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1243/2021 21.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 23 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs MMC 2019-cu il üzrə maliyyə hesabatlarının auditini 2021-ci ildə aparmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəməyə 14 oktyabr 2021-ci il tarixdə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin aparıcı məsləhətçisi Feyruz Tağıyev tərəfindən tərtib olunmuş Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə məhkəmə işi ilə bağlı mülahizəsində göstərilir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditinin aparılmadığı üçün törədilmiş inzibati xətaya görə Şəxs MMC barəsində 23 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında Protokol” tərtib olunaraq Nazirliyin 24 sentyabr 2021-ci il tarixli MİHO/1.1-2- 2021-4183 nömrəli məktubu ilə inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Mülahizədə daha sonra göstərilmişdir ki, Şəxs MMCnin 2019-cu il üzrə maliyyə hesabatlarına 17 noyabr 2020-ci il tarixdə auditor rəyi (müstəqil auditorun hesabatını) verilmiş və həmin rəy Nazirliyə 06 oktyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Odur ki, yuxarıda göstərilənlərin nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Göründüyü kimi qeyd olunan inzibati işə baxılması ilə əlaqədar qeyr-müəyyənlik yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Azərbaycan Respublikası Maliyyə Nazirliyi nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar