Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1243/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, X7 nümayəndəsi (vəkili) Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 06 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs X7 nümayəndəsi (vəkili) Nümayəndə şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 06 may 2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən nümayəndəsi olduğu X15i ("xxxx" MMC-nin HR mütəxəssisi vəzifəsində çalışan) barəsində vəzifəli şəxs kimi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Əmək Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi ilə taqsirli bilinərək 3000 (üç min) manal məbləğində inzibati cərimə edilmişdir. Ona istinad edilən əmal ondan ibarətdir ki, güya o ("xxxx" MMC-nin HR mütəxəssisi vəzifəsində çalışdığı zaman 21-xx.xx.2025-ci il tarixlərində vəzifəli şəxs kimi X8 əmək müqavilasi qüvvəyə minmədən işlərin (xidmətlərin) icrasına cəlb etmişdir. Qeyd edilən qərar nümayəndəsi olduğum şəxsə xx.xx.2025-ci il tarixində poçt vasitasilə təqdim edilmişdir. Məlumat üçün qeyd edir ki, nümayəndəsi olduğu şəxsin çalışdığı hüquqi şəxs barasində də (X6 şikayəti üzrə) qeyd edilən məsələ üzrə inzibati xəta ilə bağlı protokol tərtib edilmiş və inzibati tanbehlə bağlı qərar verilməsi üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ rayon Mahkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)-640/2025 saylı qərarı ilə hüquqi şəxsin əməlində Əmək Məcəlləsinin 192.1-ci maddasində nəzərdə tutulan əməlin tərkibi olmadığından inzibati xəta haqqında icraata xitam verilmişdir. xx.xx.2025-ci il tarixli, MN1870628 saylı inzibati tənbeh vermə haqqında qərar aşağıda qeyd edilənlərə görə əsassızdır və ləğv edilməlidir: Nümayəndəsi olduğu şəxsə törətməsi istinad olunan əməl ondan ibarətdir ki, güya o “AZPLY COMPOSİTE" MMC-də HR mütəxəssisi işlədiyi zaman 21-xx.xx.2025-ci il tarixlərində səlahiyyatli şəxs kimi X8 əmək műqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilmasinə cəlb etmişdir. Qeyd edilən inzibati xətanin "törədilmə" əsası kimi isə X6 xx.xx.2025-ci il tarixində 1 saylı Dost Mərkəzinə müraciəti və X4 izahatı asas olaraq qəbul edilmişdir. Həmin müraciatdə X11 tərəfindən güya onun xx.xx.2025-ci il tarixində işə qəbul olunduğu, xx.xx.2025-ci il tarixində isə xitam verildiyi qeyd edilmişdir. Əmək Müfəttişliyi Xidməti tərəfindən "araşdırma" aparılarkən onun izahatı alınmamış, hansı əmək funksiyalarının icrasın "cəlb edildiyi" müəyyən edilməmişdir. Sadəcə qeyd edilən "faktın təsdiqi" olaraq X4 izahatı əsas götürülmüşdür. Bundan əlavə o müraciətində hər hansı əmək funksiyalarının icrasına cəlb olunması barədə hər hansı məlumat verməmiş, əsassız olaraq güya "işə qəbul olunduğunu” və sabahısı gün yəni xx.xx.2025-ci il tarixində "əmək müqaviləsinə xitam verildiyini" qeyd etmişdir. Halbuki o işə qəbul olunması ilə bağlı əmək qanunvericiliyinə uyğun olaraq elektron informasiya sistemindən hər hansı bildiriş əlavə edə bilməmiş, bu hal Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən də müəyyən edilməmişdir. Bundan əlavə nə hikmətdirsə Şakirzadə İman əmək müqaviləsinin bağlandığını və daha sonra ona xitam verildiyini iddia etdiyi gündən 1 (bir) ay sonra özü də X4 əmək müqaviləsinə xitam verildiyi gün 1 saylı DOST Mərkəzinə müraciət etmişdir. Qeyd edilən 1 (bir) ay ərzində nə üçün müraciət etmədiyini, nəyə görə məhz X4 əmək müqaviləsinə xitam verildiyi gün müraciət etməsi də müəmmalıdır. Bundan əlavə "xxxx" MMC barəsində Qaradağ rayon Məhkəməsində araşdırma aparılarkən şahid kimi ifadə verən X11 hansı əmək funksiyasının icrasına cəlb olunduğunu bildirə bilməmişdir. O qeyd etmişdir ki, cilalama dəzgahında operator vəzifəsində çalışmalı olsa da belə bir işlə məşğul olmamışdır. Qeyd edilən məsələlər də Qaradağ rayon Məhkəməsinin qeyd etdiyimiz qərarında öz əksini tapmışdır. Bundan əlavə inzibati xətanın "törədilməsini təsdiq edən fakt" kimi X4 izahatı göstərilmişdir. Qeyd edilən izahat 3 cümlədən ibarət olmaqla özündə həqiqətə uyğun olmayan məlumatları əks etdirmişdir. Belə ki, Kamil Əkbərov qeyd etmişdir ki, güya X11 21-xx.xx.2025-ci il tarixlərində qeyd edilən şirkətdə çalışmışdır. X2 nümayəndəsi olduğu hüquqi şəxsin səlahiyyətli şəxsinin xx.xx.2024- cü il tarixli, 160-K saylı əmri ilə xx.xx.2025-xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyətinə buraxılmış və xx.xx.2025-ci il tarixi işə başlamalı olduğu gün hesab edilmişdir. X3 izahatında qeyd etdiyi xx.xx.2025-ci il tarixində iş yerində olmamış, əmək məzuniyyətində olmuşdur. Buradan da göründüyü kimi qeyd edilən şəxs əmək məzuniyyətində ola-ola kimin iş yerində əmək funksiyalarının icrasına cəlb edilib-edilməməsini bilə bilməzdi və bunu təsdiq edə bilməzdi. Bundan əlavə Qaradağ rayon Məhkəməsində araşdırma aparılarkən şahid kimi ifadə verən X1 İman Teymur oğlunun xx.xx.2025-ci il tarixində hər hansı işlə məşğul olmadığını bildirmişdir. Yəni konkret olaraq X6 hansısa işlərin icrasına cəlb olunduğunu təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri çərçivəsində inzibati Xəta tərkibinin yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı mövcud olmalıdır. Yuxarıda qeyd edilən təkzibedilməz faktlar sübut edir ki, X6 hər hansı əmək funksiyasının icrasına cəlb edilməsi halı mövcud olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq X12 barəsində vəzifəli şəxs kimi tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1870628 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçinin nümayəndəsi (vəkili) Nümayəndə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq şikayətin təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X16 öz izahatında bildirmişdir ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbi pozularaq "xxxx" MMC-nin HR mütəxəssisi X12 tərəfindən X11 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək müqavilasi qüvvəyə minmədən işlərin (xidmətlərin) icrasına cəlb etmişdir və buna görə də X12 barəsində 06 may 2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 işlərin görülməsinə cəlb etməklə konstitusion hüququ olan əmək müqaviləsi bağlanması hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini və X13 Xidmətinin 06 may 2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalmasını xahiş etmişdir. Şikayətə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsinin 06 may 2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və iş materiallarından aydın olur ki, "xxxx" MMC-nin HR mütəxəssisi X12 tərəfindən X11 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək müqavilasi qüvvəyə minmədən işlərin (xidmətlərin) icrasına cəlb eedildiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, nümayəndənin izahatını araşdıraraq hesab edir ki, vəzifəli şəxs X12 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsinin 06 may 2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, eyni fakt üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-640/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Həmin qərar üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X11 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Sonuncu 21 və 22 yanvar 2025-ci il tarixlərdə özünün deməsinə görə yalnız vəzifə təlimatı ilə tanış olmuş, hər hansı əmək funksiyasını icra etməmişdir. Baxmayaraq ki, iş materiallarında olan və onunla şirkət arasında bağlanmış 21 yanvar 2025-ci il tarixli əmək müqaviləsində işçinin "xxxx" MMC-də operator vəzifəsinə işə qəbul edildiyi və əmək funskiyasında təlimatla tanış olmasına dair heç bir müddəanın olmadığı müəyyən edilmişdir. Həmin qərardan X13 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1567/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı yuxarıda istinad edilən inzibati xətanın nə hüquqi şəxs "xxxx" MMC, nə də həmin MMC-də HR mütəxəssisi vəzifəsində çalışmış X12 tərəfindən törədilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 nümayəndəsi (vəkili) Nümayəndə şikayəti təmin edilsin. Vəzifəli şəxs X12 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsinin 06 may 2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1243/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1243/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver