Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1244/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 23 dekabr 2024-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1i ünvanında qeydiyyatda olan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş MN ******* saylı, 23 dekabr 2024-cü il tarixli inzibati tənbeh olunması ilə bağlı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, DƏMX-in BSİ-nin rəis müavini X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı əsasında o, İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 700 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəmdə qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, "xxxx" MMC-nin qarşısında X5 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, cəmiyyətin məsul rəhbəri T.Nuraliyev tərəfindən əməyin mühafizəsi üzrə standartların normaları və qaydaları tələblərinə əməl edilməmiş, iş öncəsi işin görülmə prosduru zərərçəkənin diqqətinə çatdırılmamışdır. Bildiri ki, "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu. Səngəçal terminalı üzrə quraşdırıcı peşəsində işləyən X7 ehtiyatsızlıqdan iş prosesində sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən xəsarət almışdır. Faktla əsasən Qaradağ rayon prokurorluğunda arşdırma aparılmış və o əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tələblərini pozduğum aşkar edilmiş və həmin maddə ilə barəsində inzibati tənbeh görülməsi üçün məhkəməyə verilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarxli qərarı ilə o 1500 manat məbləğində cərimə edilmiş və həmin cəriməni də ödəmişdir. Hazırda ona məlum olmuşdur ki, onun X5 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisəyə görə barəsində qərar qəbul edilmişdir. O, eyni əmələ görə DƏMX-in BSİ-nin rəis müavini X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı əsasında o, İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta örətdiyimə görə 700 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi eyni xəta üzrə ona inzibati tənbeh verilməsi iki dəfə qərar qəbul edilmişdir. Qanunun tələbinə görə isə bir inzibati xətaya görə heç kim iki dəfə zibati məsuliyyətə cəlb oluna bilməz. Onun barəsində iki dəfə tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar haqqında məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli malıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati Kotanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə. inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığım normalardan da görünür ki, kimi tam əsasız olaraq barəmdə protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC-nin iş icraçısı olmaqla həmin MMC-nin Səngəçal terminalı üzrə quraşdırıcı peşəsində işləyən X7 ehtiyatsızlıqdan iş prosesində sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən xəsarət aldığından o, vəzifəsi həvalə edilmiş şəxs kimi barəsində Qaradağ rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. O həmin cəriməni ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, eyni əmələ görə DƏMX-in tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı tərtib edilmiş və o, İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi iddiası ilə daha 700 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi eyni xətaya görə onun barəsində iki dəfə inzibati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. Lakin inzibati xətalar qanunverciliyinə görə şəxs eyni əmələ görə iki dəfə zibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan qərarı rəsmi qaydada əldə etməmiş, bu yaxınlarda icra məmuru onu çağırıb cəriməni ödəməsini tələb etdikdə məlumatı olmuşdur. Belə ki, onun qeydiyyatda olduğu ünvana həmin qərarın surəti rəsmi qaydada göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, "xxxx" MMC-nin quraşdırıcısı X5 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, cəmiyyətin məsul rəhbəri X4 tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməmiş, iş öncəsi işin görülmə proseduru zərərçəkənin diqqətinə çatdırılmamışdır. Buna görə də şikayətçi barəsində İXM-nin 198.1.1-ci maddəsi ilə 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq sonuncu 700 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərarın surəti sifarişli poçt vasitəsilə deyil, adi qaydada X3 göndərilmiş və həmin qərar şəxs tərəfindən 15 yanvar 2025-ci il tarixdə alınmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, X1 yəni, 23 aprel 2025-ci il tarixdə Qaradağ rayon Məhkəməsi tərəfindən İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinməsi başqa hallara aid olmuşdur. Belə ki, həmin qərardan da aydın olur ki, X4 barəsində sonradan Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılarkən onun tərəfindən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə məsuliyyətə görə olunmuşdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, "xxxx" MMC-nin quraşdırıcısı X5 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin məsul rəhbəri X4 tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməmiş, iş öncəsi işin görülmə proseduru zərərçəkənin diqqətinə çatdırılmadığına görə İXM-nın 198.1.1-ci maddəsinin tələblərini pozmuş və o, 700 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinin tələbinə əsasən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur. Şikayətçinin iş materiallarına əlavə etdiyi Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X4 tərəfindən yuxarıda qeyd edilən hadisə ilə əlaqədar texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Göründüyü kimi şikayətçi Qaradağ rayon Məhkəməsinin 3(002)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə məsuliyyətə cəlb edilmişdir. Şikayətçinin mübahisələndirdiyi DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* inzibati tənbehvermə qərarı isə İXM-nin 198.1.1-ci maddəsinə əsasən şəxsin barəsində əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə tətbiq edilmişdir. Məhkəmə baxışı zaman şikayətçi X4 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 dekabr 2024-cü il tarixli qərarın surəti şikayətçi X3 xx.xx.2025-ci tarixdə çatdırılmışdır. Lakin məhkəmə baxışı zamanı tərəflər qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddətin ötürülübötürülməməsi ilə bağlı prosessual müddətləri mübahisələndirməmişlər. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1244/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1244/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver