Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1245/2021 03.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs X2 və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, X4 barəsində İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 barəsində İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 07 avqust 2021-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, bina 17A, mənzil 13-də yaşayan 20.10.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 03.05.2021-ci il tarixdə saat 15:45-də Diaqnostika Mərkəzinə “iş vaxtı sol qolun və sağ üzün kəsilmiş yarası” diaqnozu ə daxil olması barədə Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsinə məlumat vermişdir. Həmin məlumat üzrə toplanmış materiallar 06 may 2021-ci il tarixli məktubla aidiyyəti üzrə Qaradağ rayon prokurorluğuna göndərilmiş və araşdırmanın aparılması 17 may 2021-ci tarixdə rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Nurlan Rahmanova həvalə edildiyindən tərəfindən müvafiq araşdırma aparılmışdır. Qaradağ rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Nurlan Rahmanov tərəfindən qəbul edilmiş 07 avqust 2021-ci il tarixli qərarla 60C-21 nömrəli material üzrə X2 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və toplanmış materialların X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 01.03.2021-ci il tarixli, 08 nömrəli əmək müqaviləsinə əsasən “NOV Azərbaycan LLC” şirkətində texniki baxış üzrə supervayzer(nəzarətçi) vəzifəsində işləməklə həmin şirkətinin ərazisində olan yuma aparatının konstruksiyasının və onun elementlərinin etibarlılığını təmin etməli, vəzifə Təlimatının 9 və 22-ci abzaslarının, “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nın 1.1, 1.2 cəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam :aydaları”nın 12 bəndinin tələblərinə əməl etməli olduğu halda bunlara əməl etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ya ehtiyatlılıq çöstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək şirkətinin ərazisində olan yuma aparatının su axımının “tapança” vasitəsi ilə tənzimlənməsi üçün su şlanqının ucundakı “tapança”nın tətiyinin xamıt vasitəsi ilə bağlanmasına nəzarət etməmiş, nəticədə 01.03.2021-ci il tarixli, 32 nömrəli əmək müqaviləsinə əsasən “NOV Azərbaycan LLC” şirkətində inspektor köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs 03 may 2021-ci il tarixdə saat 13:20 radələrində şirkətin Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Salyan şosesi 25-ci kilometrliyində yerləşən istehsalat sahəsinin həyətində açıq havada olan yuma məntəqəsində əl ilə idarə olunan “Hammelman” markalı həmin yüksək təzyiqli su vuran qurğu ilə dəmir boruları təmizləyərkən suyun qurğuya gəlməsini təmin edən borunu dartdıqda nəmin qurğunun əlindən çıxması nəticəsində su axımının “tapança” vasitəsi ilə tənzimlənməsi üçün su şlanqının ucundakı “tapança”nın tətiyinin xamıt vasitəsi ilə bağlı olması səbəbindən yüksək təzyiqli suyun sifət və boyun nahiyəsinə vurması nəticəsində alt çənənin əzilmişcırılmış yarası, sağ gicgah nahiyəsinin, üzün sağ yarısının, boyunun sağ yan səthinin və sol dirsək oynağının səthi yaralarından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alması ilə səbəbli əlaqə təşkil edən əməyin mühafizəsi qaydalarını pozmaqla ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurmuşdur. Qaradağ rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 3(002)-1034/2021 saylı qərardadı ilə qeyd olunan inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan yenidən araşdırılıb baxılması üçün geri qaytarılmışdır. Qaradağ rayon prokuroru tərəfindən 27 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş, “inzibati xəta haqqında iş üzrə icraat materiallarının baxılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 27 sentyabr 2021-ci il tarixli qərardaddan aydın olur ki, qeyd olunan inzibati işin natamam olduğundan geri qaytarılmasına əsas olmuş hallar aradan qaldırılmış və inzibati xəta haqqında materialın Qaradağ rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında qərarla razı olmayaraq bildirmişdir ki, iş materiallarında qeyd olunduğu kimi onun xəsarəti heç də yüngül dərəcəli deyildir. Belə ki, iş düzgün araşdırılmamaqla ona vurulmuş xəsarət yüngül dərəcəli xəsarət kimi qeyd olunmuşdur. Halbuki hal-hazırda da onun üz nahiyyəsində sifətini tanınmaz və eybəcər hala salan yara izləri mövcuddur. Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu cinayət işini heç bir qanuni əsas olmadan rədd etmişdir. O daha sonra qeyd etmişdir ki, onun əsas şikayəti “NOV Azərbaycan LLC” şirkəti ilə bağlıdır və bunun da səbəbi istehsalat qəzası nəticəsində xəsarət aldıqdan sonra istər şirkət tərəfindən, istərsə də barəsində inzibati iş üzrə icraata aparılan X4 tərəfindən ona hər hansı bir formada heç bir yardım edilməməsidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan şəxs X4 öz izahatında qərarla razı olmayaraq əməlində heç bir hüquq pozuntusu olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmiş və zərəçəkmiş şəxsə hər hansı bir yardım göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan şəxs X2 vəkili və nümayəndəsi X3 öz izahatında qərarla razı olmayaraq X2 təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə təkrarən Qaradağ Rayon Prokurorluğuna məlumat verilsə də, həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, X2 əməli iş materialları ilə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, X4 İXM-nin 198.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, “NOV Azərbaycan LLC” şirkətində inspektor köməkçisi kimi işləmiş Zərərçəkmiş şəxs 03 may 2021-ci il tarixdə həmin şirkətdə xəsarət alması faktı ilə bağlı X4 təqsirli bilinməklə yuxarı həddə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1245/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1245/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver