Məhkəmə qərarları › İş №3(002)-1245/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1245/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1245/2025 29.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunın katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3, Tələbkar X2in, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1958-ci ildə Fizuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yaşayan, "xxxx" ASC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X5, borclu Qaradağ Tikinti Quraşdırma" ASC-nin qanuni təmsilçisi (direktoru) Şəxs barəsində protokol tərtib edərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1023/22 saylı, 17 fevral 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1023/22 saylı, 17 fevral 2022-ci il tarixli icra vərəqəinə əsaəsn cavabdeh "xxxx" ASC tərəfindən 2020-ci il üzrə ASC-nin reyestri və nizamnaməsi, 2019cu və 2020-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktları, 2015-2019-ci illər üzrə "maliyyə balansları və onların əlavələri", idarəetmə hesabatı, 2015-2019-ci illər üzrə "mənfəət vergisi bəyannamələri və onların əlavələri, əmlak vergisinin bəyannamələri və onların əlavələri" və ya "sadələşdirilmiş vergi bəyannamələri", həmçinin "xxxx", 2016- 2019-cu illərin ASC-nin ümumi yığıncaqlarının protokolları, 2014-2020-ci illər üzrə müəssisənin "aktivlərinin və öhdəliklərinin inventarizasiyası" və "ehtiyatlarının və malmateriallarının inventarizasiyası" aktları, 2015-2019-cu illər uzrə müəssisənin əsas vəsaitlərinin ləğv aktları, 2015-2019-cu illər üzrə "xxxx" ASC-nin müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokolları və müşahidə Şurasının üzvləri haqqında məlumat, "xxxx" ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş "xxxx" ASC-nin yerləşdiyi sahənin plan cizgisi, texniki pasportu və "xxxx" ASC-nin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktı, müəssisənin 2003-cü və 2004-cü illər üzrə balansı və onun əlavələri, 2015-2019-cu illər üzrə "xxxx" ASC-nin debitor və kreditor borclar haqqında hesabatları, 2016- 2019-cu illər üzrə "xxxx" ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, icarə müqavilələri, həmçinin aidiyyəti şəxslərlə bağlanılmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar, idarəetmə hesabatı, idarəetmə orqanları və vəzifəli şəxslər haqqında, onların əsas və əlavə iş yerləri haqqında məlumatların iddiaçı X1 təqdim edilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 19 may 2022-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu hal-hazıradək icra sənədi üzrə tələbləri qismən yerinə yetirsə də icra vərəqəsində göstərlən əsas məlumatları və sənədləri tələbkara təqdim etməmişdir. Buna görə də vəzifəli şəxs kimi borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 29 may 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X2 öz izahatında göstərmişdir ki, "xxxx" ASC-nin 260 (1,0532%) səhmi ona məxsusdur. 27 avqust 2019-cu il tarixdə şirkətin səhmdarlarının növbədənkənar yığıncağının 20 sentyabr 2019-cu il tarixdə keçiriləcəyi barədə bir sıra qəzetlərdə məlumat verilmişdir. O həmin iclasda iştirak edərək maliyyə və balans vəziyyətini özündə əks etdirən sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Həmin ərizəsinə cavab verilməmişdir. Bundan sonra 29 noyabr 2019-cu il tarixdə eyni məzmunlu məktub yazaraq hüquqi şəxsə ünvanlasa da məktubuna “idarə bağlıdır” qeyi aparılmaqla geri qaytarılmışdır. Buna görə də o Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1023/202 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə icra sənədində qeyd olunan sənədlərin ona təqdim edilməsi qət edilmişdir. Lakin bu günədək həmin sənədlər ona rəsmi şəkildə verilməmişdir. Odur ki, borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzidəli şəxs Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, "xxxx" ASC-nin rəhbəri olmaqla həmin şirkət 30 sentyabr 2004cü il tarixdə yaradılmışdır. O 2022-ci ildən "xxxx" ASC-nin direktoru vəzifəsinə təyin edilmiş və ASC-nin ondan öncəki direktoru sənədlərin hamısını ona təqdim etmədiyi üçün siyahıda göstərilmiş bütün sənədləri tələbkara təqdim etməyi mümkün deyil. Bildirmək istəyir ki, ASC 2002-ci ildə təsis olunsa da, 20 ildən çoxdur ki, faktiki olaraq fəaliyyət göstərmir. Tələbkarın müraciətlərindən sonra o özündə olan bütün sənədləri tələbkara təqdim etmişdir. Həmin şirkət artıq fəaliyyət göstərmədiyindən icra vərəqəsində göstərilən digər sənədlərin təqdim edilməsi mümkünsüzdür. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs icra vərəqəsindən xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 29 may 2025-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında ” çıxarışdan aydın olur ki, "xxxx" ASC (VÖEN:**********) 09 iyul 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış və qanuni təmsilçisi Şəxsdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin VÖEN statusu hal-hazırda aktivdir. Bundan əlavə "xxxx" ASC-nin direktoru 29 aprel 2025-ci il tarixdə Qaradağ rayon İcra Şöbəsinə ünvanladığı məktubda icra vərəqəsində göstərilən sənədlərin yalnız bir qismini tələbkara təqdim etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, vəzifəli şəxs Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və yaşını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar