Məhkəmə qərarları › İş №3(002)-1249/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1249/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1249/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi “xxxxxxxxxxxxx” MMC-nin direktoru X1 iştirakı ilə, “xxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Qaradağ rayon məhkəməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən “xxxxxxxxxxxxx” MMC barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Daxil olmuş inzibati protokoldan aydın olur ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “xxxxxxxxxxxxx” MMC-yə məxsus kafedə epidmiya əleyhinə rejim sanitariya gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən “xxxxxxxxxxxxx” MMC barəsində AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin211.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən “xxxxxxxxxxxxx” MMC-nin direktoru X2 öz izahatında protokolu qəbul etməyərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə iş olmadığından o, nahar yeməyini edib çıxmaq istəyərkən, içəri bir neçə şəxs daxil oldu. Özlərini vergilərin əməkdaşları kimi təqdim etdilər və ondan çek istədilər. O isə öz növbəsində bir ədəd çeki onlara təqdim etmişdir. Daha sonra isə həmin əməkdaş onun yanında oturumuş və şəkilini çəkmişdir. İnzibati xəta haqqında protokolu tərtib edənorqana işə baxılmasının yeri və vaxtı barədə təkrarən lazımi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatlar nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxx” MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta materialına əlavə olunmuş sübutlarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxx” MMC-yə məxsus kafedə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, habelə həmin tələblərin pozulmasının qarşısının alınmamasında ifadə olunan hərəkətləri törətmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş bir ədəd foto şəkildən də göründüyü kimi, qeyd edilən kafenin müdiri xüsusi qoruyucu maskadan istifadə etməmişdir. Bundan başqa həmin foto şəkilin arxa fonunda düşən dörd nəfər isə ara məsafəsi gözləməmişlər və xüsusi qoruyucu tibbi maskadan istifadə etməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-2123-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : “xxxxxxxxxxxxx” MMC, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar