Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-125/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx) evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Xəzər İnşaat D massivi ünvanında yaşayan Şəxs barəsində İXM-nin 504-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş EP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinə Sədərək Ticarət Mərkəzinin ərazisində 77LP495 dövlət qeydiyyat nişanlı, BMW 330 markalı nəqliyyat vasitəsində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş pirotexniki vasitələrin daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində 77LP495 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sədərək Ticarət Mərkəzinin ərazisində dayanmış, həmin nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsində olan pirotexniki vasitələri boşaldaraq, orada olan X1 təhvil verərkən əməliyyat qrupunun üzvləri onlara yaxınlaşmışdır. Bu zaman 77LP495 nəqliyyat vasitəsinin sürücüsü avtomobilə əyləşərək ərazidən uzaqlaşmışdır. Daha sonra Raiz Kələntərov 7 ədəd karton qutuda pirotexniki vasitələri baxışa təqdim etmişdir. Sözügedən mallar ətraflı baxış keçirilməsi üçün Raiz Kələntərovun iştirakı ilə Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Salyan şossesi 14-cü km ünvanında yerləşən inzibati binasına gətirilmiş və ətraflı baxış keçirilmişdir. Baxış zamanı ümumilikdə 7 ədəd karton qutudan aşağıdakı cədvəldə göstərilən, pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. Baxış zamanı 77LP495 dövlət qeydiyyat nişanlı, BMW 330 markalı nəqliyyat vasitəsində 7 ədəd karton qutuda, anbardan isə 5 ədəd karton qutuda priotexniki vasitələr aşkar edilmişdir. Sözügedən mallar ətraflı baxış keçirilməsi üçün Şəxs iştirakı ilə Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Salyan şossesi 14-cü km ünvanında yerləşən inzibati binasına gətirilmiş və ətraflı baxış keçirilmişdir. Baxış zamanı ümumilikdə 12 ədəd karton qutuda pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. "Azərekspertiza" Birliyindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 243 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 26 adda 426 qutu pirotexniki vasitə istifadəyə yararlıdır və xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin ümumilikdə 7812 manat olduğu müəyyən edilmişdir. Belə ki, pirotexniki məmulatlar Azərbaycan Respublikasının 565 nömrəli 23 dekabr 2003-cü il tarixli Qanunu ilə "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövrivvədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxil edilmişdir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi əməlinin törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məkəmə iclasında iştirak edən Şəxs məhkəmənin suallarına cavab olaraq bildirdi ki, inzibati xəta onun tərəfindən törədilmişdir. Barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədləri oxumadan imzalamışdır, bu səbəbdən malların müəyyən edilmiş bazar dəyərindən məlumatlı olmamışdır. Həmçinin bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən bu malların gətirilməsi üçün müvafiq lisenziya əldə etməmişdir. Əsas işi uşaq oyuncaqları satmasından ibarətdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə etdi və məhkəmənin suallarına cavab verməklə bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icraatın bütün sənədləri ilə tanış olmuş və onları imzalamışdır. Əgər Şəxs Fövqəladə Hallar Nazirliyindən bu malların gətirilməsi üçün müvafiq lisenziya əldə etmiş olsa idi, onun əməlində inzibati xəta tərkibi yaranmayacaqdı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli 243 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 26 adda 426 qutu pirotexniki vasitə istifadəyə yararlıdır və xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin ümumilikdə 7812 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərterminalkompleks Birliyinin direktoruna ünvanlanmış məktubdan görünür ki, “Crazy AFCK 2016” markalı 80 qutu, “Zenga (24)” markalı 15 qutu, “Titan 2” markalı 10 qutu, “Mega Ko 2020” markalı 55 qutu, “Super top” markalı 5 qutu, “Crazy robots” markalı 20 qutu, “X5” markalı 10 qutu, “Mega Piratka” markalı 10 qutu, “Petarda P500” markalı 10 qutu, “Venus super” markalı çatlayan top 5 qutu, “Explosive” markalı 5 qutu, “Zenga (20)” markalı 10 qutu, “Mamba 2” markalı 10 qutu, “MK 536” markalı 20 qutu, “EQ 027” markalı 20 qutu, “Roman candle” markalı 41 qutu, “Red stars with report” markalı 25 qutu, “Mega MK 5000” markalı 5 qutu, “Luoma Candles” markalı 18 ədəd, “Royal Crown” markalı 3 qutu, “X6” markalı 4 qutu, “Petarda Blyskowa” markalı 30 qutu, "Smile now cry later" ECCK010-49 markalı 4 qutu, "Golden memory" ECCK010-100 A style markalı 4 qutu, "Monkey see Monkey do" ECCK010-100 В style markalı 2 qutu, “American Power" ECCK010-36 B style markalı 5 qutu olmaqla, Azərbaycan Respublikasının gömruk ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmış, mülki dövriyyəsi məhdudlaşdırılmış istifadəsi yüksək səs-küy ilə müşahidə olunan insan sağlamlığı üçun təhlükə törədən partlayıcı, tez alışan maddələr və pirotexniki vasitələri saxlanc üçün Birliyin anbarına qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, protokolda qeyd olunan pirotexniki vasitələr ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş və Şəxs bilə-bilə xüsusi lisenziya əldə etmədən həmin malları saxlamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, pirotexniki vasitələrdən istifadə əhali arasında böyük təşviş və narahatlığa səbəb olur. Şəxs isə uşaq oyuncaqlarının satışı ilə məşğul olduğu halda pirotexniki vasitələrin satışını da işlədiyi mağazada həyata keçirmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 504-cü maddəsinə əsasən Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, pirotexniki vasitələrin təhkükəli nəticələrini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində həmin malların dəyərinin qırx faizi məbləğində cərimə növündə inzibati tənbeh və əlavə cəza növündə inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi tətbiq olunması məqsədəmüvafiqdir. Malların müsadirə edilməsinin icrası Azərterminalkompleks Birliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın biləvasitə obyekti olan “Crazy AFCK 2016” markalı 80 qutu, “Zenga (24)” markalı 15 qutu, “Titan 2” markalı 10 qutu, “Mega Ko 2020” markalı 55 qutu, “Super top” markalı 5 qutu, “Crazy robots” markalı 20 qutu, “X5” markalı 10 qutu, “Mega Piratka” markalı 10 qutu, “Petarda P500” markalı 10 qutu, “Venus super” markalı çatlayan top 5 qutu, “Explosive” markalı 5 qutu, “Zenga (20)” markalı 10 qutu, “Mamba 2” markalı 10 qutu, “MK 536” markalı 20 qutu, “EQ 027” markalı 20 qutu, “Roman candle” markalı 41 qutu, “Red stars with report” markalı 25 qutu, “Mega MK 5000” markalı 5 qutu, “Luoma Candles” markalı 18 ədəd, “Royal Crown” markalı 3 qutu, “X6” markalı 4 qutu, “Petarda Blyskowa” markalı 30 qutu, "Smile now cry later" ECCK010-49 markalı 4 qutu, "Golden memory" ECCK010-100 A style markalı 4 qutu, "Monkey see Monkey do" ECCK010-100 В style markalı 2 qutu, “American Power" ECCK010-36 B style markalı 5 qutu olmaqla, Azərbaycan Respublikasının gömruk ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmış, mülki dövriyyəsi məhdudlaşdırılmış istifadəsi yüksək səs-küy ilə muşahidə olunan insan sağlamlığı üçun təhlükə törədən partlayıcı, tez alışan maddələr və pirotexniki vasitələr müsadirə edilməklə, həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizi məbləğində, yəni 3125 manat cərimə edilsin. Qərarın malların müsadirə edilməsi hissəsinin icrası Azərterminalkompleks Birliyinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-125/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-125/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver