Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1251/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Qaradağ rayon məhkəməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Daxil olmuş inzibati protokoldan aydın olur ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Ticarət Cərgəsi küçəsində yerləşən Şəxs MMC-də epidmiya əleyhinə rejim sanitariya gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin211.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında protokolu qəbul etməyərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə müştəri xüsusi qoruyucu tibbi maskadan istifadə etməklə satıcı müştəriyə xidmət göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş bir ədəd foto şəkildən isə görünüdüyü kimi həmin müştərinin yanında bir nəfər azyaşlı şəxs olmuş və azyaşlıların xüsusi qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etməsi barədə Nazirlər Kabinetinin qərarı yoxdur. Əksinə Nazirlər Kabinetinin yanında yaradılmış Operatib Qərargahın brifinqində azyaşlı uşaqların maskadan istifadə etməməsinə icazə verildiyi qeyd olunmuşdur. Hal-hazırda isə iş materiallarına əlavə edilmiş bir ədəd foto şəkildə düşən azyaşlı uşağın kimliyi və doğum tarixi müəyyən edilmədiyindən iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edənorqana işə baxılmasının yeri və vaxtı barədə təkrarən lazımi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatlar nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş mtaeriallarına əlavə edilmiş bir ədəd foto şəkildən də aydın olur ki, “xxxxxxxxx” MMC-də iş vaxtı satıcı və bir nəfər qadın tibbi maskadan istifadə etməklə alqısatqı münasibətlərində olmuşlar. Həmin vaxtı onların yanında bir nəfər xarici görünüşünə görə uşaq təsiri baqışlayan şəxs qorucuyu tibbi maskadan istifadə etməməklə dayanmışdır. Lakin iş materiallarında həmin şəxsin kimliyi və yaşı müəyyən edilməmiş, o cümlədən həmin şəxs görə protokolun tərtib edilməsinin zəruriliyi normativ hüquqi aktarla əsaslandırılmamışdır. Məhkəmə baxışı zamanı isə yuxarıda qeyd olunan çatışmamazlıqların aradan qaldırılması qeyri-mümkündür. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzə Baş İdarəsinə geri qaytarılsın. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1251/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1251/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver