Məhkəmə qərarları › İş №3(002)-1251/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1251/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1251/2022 02.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı şəhər X12 üzrə Baş İdarəsinin Hüquq idarəsinin baş hüquqşünası X1, Bakı şəhər X12 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi X4, Bakı şəhər X12 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi X6, Bakı şəhər X12 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Təhlil və təşkil şöbəsinin dövlət vergi müfəttişi X2 iştirakları ilə, Qarayeva (Çıraqova) Günel Fikrət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə barəsində tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X12 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Çıraqova (Qarayeva) Günel Fikrət qızı barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 09 avqust 2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yeni məhəllə (ünvan ünvanında yerləşən fiziki şəxs G.F.Çıraqovanın sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi “İnci” Estetik Mərkəzində həyata keçirilən operativ vergi nəzarəti zamanı hər hansı əsaslı səbəb göstərmədən obyektə daxil olunmasına mane olunmuş, eyni zamanda operativ vergi nəzarəti zamanı şəxsiyyəti kəsb edən suallara dair izahat təqdim etməkdən imtina etmişdir. Məhkəmənin 24 oktyabr 2022-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs X8 izahatında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, idarənin əməkdaşları tərəfindən 2 dəfə ünvana baxış keçirilmişdir. 1-ci dəfə gəldiklərində onlar obyektə daxil olaraq müvafiq məlumatların qeydiyyatını aparmışlar, obyektin vergi orqanında qeydiyyata alınıb-alınmamasını soruşmuşlar. 2-ci dəfə gəldiklərində isə gözəllik salonunda müştərilərin olması səbəbindən onlardan bir qədər gözləməklərini xahiş etmişdir. Onları dəvət etmək istədikdə həmin əməkdaşların ərazidən uzaqlaşdıqlarını müəyyən etmişdir. Barəsində əsassız protokol tərtib olunmuşdur. Həmin protokol barədə ümumiyyətlə məlumatsızdır. Məhkəməyə çağırıldıqda barəsində inzibati xəta haqqında protokol tərtib olunması barədə məlumat almışdır. Ona görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə X8 məhkəmə iclasında verilmiş suala cavab olaraq bildirmişdir ki, “İnci” Estetik Mərkəzində operativ vergi nəzarəti həyata keçirilərkən onun vergi orqanında uçota alınmaması halı müəyyən edilmiş və bu səbəbdən o, 40 manat cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhər X12 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi X9 izahatında bildirmişdir ki, X8 vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün barəsində müvafiq qərar əsasında araşdırma başlanmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, onun istifadəsində olan “İnci” Estetik Mərkəzi qanunamüvafiq qaydada qeydiyyata alınmadan fəaliyyət göstərir. Onlar qeyd olunan obyektdə operativ nəzarət həyata keçirərkən əraziyə G.F.Çıraqovanın həyat yoldaşı gəlmiş, obyektin yanvar ayından vergi orqanında uçota alınmadan fəaliyyət göstərdiyini, bildirmişdir. Onlara izahat vermələri təklif edilmiş lakin imtina etmişlər. Bundan əlavə obyektə baxış keçirilməsinə şərait yaradılmamışdır. Belə olan halda qeyd olunan hadisə ilə bağlı X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər X12 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Təhlil və təşkil şöbəsinin dövlət vergi müfəttişi X3 izahatında bildirmişdir ki, X8 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun surəti sonuncuya göndərilmiş lakin məktub geri qaytarılmışdır. Bununla bağlı G.Çıraqova məktubun əri tərəfindən götürüləcəyini bildirsə də lakin heç kim gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəmə iclasında iştirak etməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 09 avqust 2022-ci il tarixli aktdan görünür ki, fiziki şəxs G.F.Çıraqovanın iştirakı ilə akt tərtib olunmuş, lakin sonuncu hər hansı əsaslı səbəb göstərmədən sərbəst aktla tanış olmaqdan və aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş 09 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 09 avqust 2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yeni məhəllə (ünvan ünvanında yerləşən fiziki şəxs G.F.Çıraqovanın sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi “İnci” Estetik Mərkəzində həyata keçirilən operativ vergi nəzarəti zamanı hər hansı əsaslı səbəb göstərmədən obyektə daxil olunmasına mane olunmuş, eyni zamanda operativ vergi nəzarəti zamanı şəxsiyyəti kəsb edən suallara dair izahat təqdim etməkdən imtina etmişdir İş materiallarına əlavə edilmiş DVX №001530 seriyalı, 09 avqust 2022-ci il tarixli aktdan görünür ki, X8 Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizə vermədiyindən o, 40 manat cərimə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs X5, səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X12 üzrə Baş İdarəsi tərəfindən 09 avqust 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, X8 Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizə vermədiyindən onun barəsində 09 avqust 2022-ci il tarixdə akt tərtib edilmiş və o, 40 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində vəzifəli şəxsin izahına dair qeydə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə belə qənaətə gəlir ki, X8 barəsində 09 avqust 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən o, vergi orqanında uçota alınmamış, yəni onun vergi ödəyicisi olaraq eyniləşdirmə nömrəsi (VÖEN) olmamışdır. Bu hal eyni qurum tərəfindən eyni tarixdə tərtib edilmiş akt əsasında öz təsdiqini tapır. Belə ki, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan X5 həmin obyekt üzərində səlahiyyətlərini təsdiq edən heç bir sənəd (VÖEN) olmadığı halda o, həmin obyektin vəzifəli şəxsi kimi məsuliyyətə cəlb oluna bilməzdi yəni, 09 avqust 2022ci il tarixdə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol əsassız tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin Azərbaycan Respublikasının İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Qarayeva (Çıraqova) Günel Fikrət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qarayeva (Çıraqova) Günel Fikrət qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar