Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1252/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1 DİN-in BDYPİ-nin 22 may 2025-ci il tarixli, EQ 28093619 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 28093619 saylı qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28093619 saylı inzibati xəta haqqında qərarı əsasında o, İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 11:36:24-da "MERCEDES BENZ ACTROS YÜK" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qaradağ rayonu Səngəçal qəsəbəsi istiqamətində hərəkətdə olarkən lXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş xatanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməklə yük daşınma qaydalarının pozmuşdur. Bildirir ki, "MERCEDES BENZ ACTROS YÜK" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini man etibarnamə əsasında idarə edir. Həmin avtomobillə yük daşıyaraq ailəsinə baxır. Yükü avtomobilə yükləyərkən onu tərəzidə çəkdirir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Yük avtomobilə yüklənərkən Ağstafa rayonu Yerusta nəqliyyat tərəzisində çəkilmiş va 39600 kq olması müəyyən edilmişdir. Avtomobilə maksimum 40000 kq-yük aparılmasına limit vardır. Lakin onun avtomobilində 43180 kq yük olması barədə protokol tartib edilmişdir. Həmin vaxt onunla paralel istiqamətdə başqa yük avtomobilidə keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tǝrǝzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Onun avtomobilində artıq yük olmamış va yükün çəkildiyini bildiyi halda onun artıq yük götürməyi inandırıcı deyildir. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilmasi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlari"nin tasdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasın Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilikla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyata calbarduman saxsinu taq sıca olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xata törədən şəxsin taqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçun hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) asaslana bildiyi har cür faktik malumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu malumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının muayyan etdiyi orqamın (qurumun) informasiya sisteminda, habelə digər dövlat informasiya sistemlərinda (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xata haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan va metroloji sınaqdan keçmiş ölçü cihazları va bu Macallanin 81.2-ci maddəsində nazarda tutulan vasitalar xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol harakati təhlükəsizliyinin tamin edilmasi va avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xata haqqında iş üzrə qararda) qeyd edilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şaxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verǝ bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığı normalardan da görünür ki, tam əsasız olaraq barəsində protokol tartib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi X2 və DİN-in Baş X5 İdarəsinə rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq şikayətçi və həmin təşkiltdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə şikayətçinin və nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 22 may 2025-cü il tarixli, EQ 28093619 nömrəli qərardan aydın olur ki, X3 22 may 2025-cü il tarixdə saat 11:36-də idarə etdiyi «MERCEDES BENZ ACTROS» yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən tərtib edilmiş kamera görüntülərindən görsənir ki, 22 may 2025-cü il tarixdə, saat 11:36-də «MERCEDES BENZ ACTROS yük» markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 43180 kq olmuşdur. Şikayətçinin iş materiallarına əlavə etdiyi xx.xx.2025-ci il tarixli (saat 14:05), 80033 nömrəli "xxxx" MMC-dən verilmiş tərəzi qəbzinə əsasən ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin net çəkisi 25560 kq olmaqla, ümumilikdə 39680 kq təşkil etmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi 22 may 2025-ci il tarixli tərəzi qəbzinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verməmişdən əvvəl avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 22 may 2025-cü il tarixdə saat 11:36-də idarə etdiyi «MERCEDES BENZ ACTROS yük» yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 22 may 2025-cü il tarixli, EQ 28093619 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin 22 may 2025-cü il tarixli, EQ 28093619 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1252/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1252/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver