Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1253/2023 17.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 21 iyun 2023-cü il tarixli, 00100-01631/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında, qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 99NF151/99ZJ151 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********4510 sorğu nömreli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bayan edildiyi, lakin mallar Azerbaycan Respublikasının gömrük ərazisinə getirilməzdən əvvəl Azerbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük organlarına elektron formada qisa idxal beyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin "Gömrük prosedurları və ödənişləri" şöbəsindən daxil olmuş 34/012/013937 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına 99NF151/99ZJ151 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdan əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş X5 "X1 Sistemi informasiya resursundan "malın çatdırılması və boşaldılması"-na dair çıxarışdan görünür ki, 99NF 151/992J151 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 07:36 radələrində "Samur" gömrük postundan keçmaklə Azarbaycan Respublikası gömrük ərazisinə qətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin "X2 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixde saat 04 26 radələrində "Mazımqara” qömrük postundan keçməklə Azerbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qisa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada tərtib edilmiş gömrük orqanına verilməmişdir, lakin xx.xx.2023-cü il tarixli **********4510 sorğu nömrəli gömrük beyannaməsi ilə bəyan edilmiş mallara **********9850 sorğu nömrəli qısa idxal bayannaməsi mallar gömrük ərazisina daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 08:21-də gömrük organına rəsmiləşdirmək üçün göndərilmişdir. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan malumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 01 (bir) saat əvvəl verilməlidir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcolləsinin 485.2-ci maddəsində nazərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2023-cü il tarixli 34/012/013937 il tarixli raport, Gömrük Xidmətinin "Vahid avtomatlaşdırılmış idarəetme sistemi" informasiya resursundan boşaldılmasına dair çıxarış və "X1 Sistemi" informasiya "Malın çatdırılması və resursuna baxiş keçirilməsi haqqinda protokol və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında barələrində tətbiq edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, qısa idxal bəyannaməsinin gömrük orqanına gec təqdim edilməsinin səbəbi birgə fəaliyyət göstərdiyi logistika şirkətinin onlara vaxtında məlumat verməməsi olmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1253/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1253/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver