Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1254/2021 06.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, 22 iyun 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 06.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(002)-2474/2018 nömrəli icra vərəqəsinə əsasən 27.12.2004-cü il təvəllüdlü X4, 05.04.2006-cı il təvəllüdlü X5 və 30.07.2209-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07.06.2018-ci il tarixdən başlayaraq Şəxs X6 xeyrinə hər ay hər uşağa görə 155 manat olmaqla, cəmi 465 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(002)-2474/2018 nömrəli icra vərəqəsi şöbənin icraatına daxil olmuş, 20 avqust 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Bu səbəbdən də, borclunun əmlak vəziyyətini və gəlirini müəyyən etmək məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına hər hansı əmlak müəyyən edilməmişdir, Borclu tərəfindən məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Borclu Şəxs 06 oktyabr 2021-ci il tarixdə izahatı alınmış, izahatında icra sənədindən xəbəri olmadığını bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 06.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X1 izahatında bildirmişdir ki, iş məhkəmənin icraatına daxil olduqdan sonra borclu Şəxs ilə mövcud aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Hazırda borclu Şəxs qarşı şikayət və tələbinin olmamasını nəzərə alınaraq onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(002)-2474/2018 nömrəli məhkəmənin qətnaməsindən və icra sənədindən xəbəri olmamışdır. Bu gün icra şöbəsinə gəldikdən sonra icra sənədindən xəbərdar olmuşdur. İcra sənədi üzrə borclu olduğunu qəbul edir. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini tam icra etmək niyyətindədir. Yaxın vaxtlarda aliment borcunu və hər ay aliment məbləğini vaxtı-vaxtında ödəyəcəkdir. Həmçinin Təcili yardım Avtobazasında sürücü işləməklə 420 manat rəsmi əmək haqqı alır, aliment borcunun əmək haqqısından tutulmasına etiraz etmir. İş məhkəmənin icraatına daxil olduqdan sonra ödənilməmiş qalan mövcud aliment borcuna görə tələbkar ilə öz aralarında qarşılıqlı razılığa gəlmişlər. Hazırda tələbkarın ona qarşı heç bir şikayət və tələbinin olmadığını və göstəriliənləri nəzərə alaraq başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(002)-2474/2018 nömrəli icra vərəqəsinə əsasən 27.12.2004-cü il təvəllüdlü X4, 05.04.2006-cı il təvəllüdlü X5 və 30.07.2209-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07.06.2018-ci il tarixdən başlayaraq Şəxs X6 xeyrinə hər ay hər uşağa görə 155 manat olmaqla, cəmi 465 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlama haqqında 20 avqust 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(002)-2474/2018 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. X1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, borclu Şəxs ilə razılığa gəlmiş, ona qarşı heç bir şikayəti yoxdur. Sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs barədə sorğu kartoçkasından görünür ki, Şəxs Təcili yardım Avtobazasında sürücü işləməklə 420 manat rəsmi əmək haqqı alır. Məhkəməyə təqdim edilmiş və inzibati xəta haqqında materiala əlavə edilmiş X1 tərəfindən tərtib edilmiş 06.10.2021-ci il tarixli ərizədən görünür ki, o, icra sənədi üzrə borclu Şəxs ilə mövcud aliment borcunun ödənilməsi ilə bağlı aralarında razılığa gəlmişlər. Ona görə də, sonuncuya qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Qeyd olunan maddənin tələbindən göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə inzibati məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə inzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, barəsində inzibati icraat aparılan şəxs izahatında könüllü olaraq öz iş yeri barədə məlumatlar verməklə, mövcud borcun onun əmək haqqına yönəldilməklə icra sənədinin icrasının təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Belə olan halda Azərbaycan Respublikası “İcra Haqqında” qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq icra məmuru tələbin borclunun əmək haqqına yönəldilməsi kimi üzərinə qanunvericiliyin imperativ olaraq qoyduğu vəzifələri yerinə yetirmədən, birbaşa olaraq borclu barəsində əsassız inzibati xəta haqqında protokol tərtib etməklə baxılması üçün məhkəməyə göndərmişdir. Həmçinin borclu Şəxs könüllü olaraq borcun onun əmək haqqında yönəldilməsi barədə xahişi, onun hərəkətlərinin icra sənədinin üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməməli, əksinə icra sənədinin icra olunmasında maraqlı olmasını göstərən faktor kimi nəzərə alınmalıdır. Digər tərəfdən tərəflərin məhkəmə baxışı zamanı vermiş olduqları izahatlardan və tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən də məlum olur ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs ilə tələbkar Şəxs ilə razlıq eldə etmiş və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş 06.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1254/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1254/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver