Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1254/2023 03.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar Əsgərova (Məsiyeva) Tünzalə Kazım qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Rusiya Federasiyasının Moskva vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ünvanını bilmədiyi fərdi evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əsgərov X7 rayon Məhkəməsinin 2(002)-855/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-855/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, 17 fevral 2022-ci il tarixdən başlayaraq 03 fevral 2016-cı il təvəllüdlü X2, 16 iyul 2018-ci il təvəllüdlü X3 və 07 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcra işi əvvəlcə Naxçıvan İcra və Probasiya Şöbəsində olmuş, daha sonra aidiyyatı üzrə Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir. O həmin işi icraata qəbul etdikdən sonra qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul edərək 03 mart 2023-cü il tarixli tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlamışdır. Bundan sonra o borclu ilə telefon vasitəsilə də əlaqə saxlamış lakin borclu İcra Şöbəsinə gəlməmişdir. Buna görə də borclu barəsində məcburi gətirmə tətbiq edilmiş və borclu bu gün, yəni 03 iyul 2023-cü il tarixdə Qaradağ rayon İcra Şöbəsinə məcburi gətirilmişdir. Bundan baqşa öz izahatında qeyd etmişdir ki, 13 mart 2023-cü il tarixdə tələbkar Əsgərova (Məsiyeva) Tünzalə Kazım qızı Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək borclu Şəxs 17 mart 2023-cü il tarixə 1615 manat aliment borcu qaldığını, qarşı tərəfin aliment borcunu ödəmədiyinə görə övladlarının təminatında ciddi problemlər yaşadığını bildirərək alimentin ödənilməsində köməklik edilməsini xahiş etmişdir. Borclu icra işi onun icraatına qəbul ediliyi vaxtdan bu günədək hər ay stabil olaraq aliment borcundan təxminən 300, 400, 500 manat miqdarında ödənişlər etmiş və hal-hazırda tələbkara 1900 manat məbləğində aliment borcu qalmışdır. Borclu aliment borcunun 600 manat olduğunu qeyd etsə də bununla bağlı müvafiq ödəniş çeklərini ona təqdim etməmişdir. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 03 iyul 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Əsgərova (Məsiyeva) Tünzalə Kazım qızı öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-855/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən ona üç uşağa görə 450 manat aliment kəsilmişdir. Borclu aliment borcundan icra vərəqində nəzərdə tutulduğu kimi hər ay tam ödəniş etmədiyindən indiyədək 1900 manat aliment borcu yığılmışdır. Belə olan halda o üç uşağının maddi təminatında çətinlik çəkir. Odur ki, borclunun aliment borcunu tam ödəməsini, əks halda barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. X13 Respublikasında qeydiyyatdadır və icra işi ilk dəfə Naxçıvan İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvanda təqribən 05 ay qalmış və həmin müddətdə işləmədiyindən aliment borcundan kifayət qədər ödənişlər edə bilməmişdir. Orada olarkən icra məmuru onun şəxsiyyət vəsiqəsini əlindən almış və Bakıya qayıda bilməmişdir. 09 noyabr 2023-cü il tarixdə Naxçıvandan Bakı şəhərinə qayıdarkən aliment borcu 900 azn qalmışdır. Həmin vaxtdan bu günə qədər mütəmadi ödənişlər etmiş və onda olan hesablamaya görə keçmiş aliment borcundan cəmi 600 manat borcu qalmışdır. İcra məmurunun çağırışlarına cavab verməməsi ilə bağlı deyilənlərə cavab olaraq isə qeyd etmişdir ki, o hazırda qeydiyyatda olduğu ünvanda yaşamadığı və hal-hazırda yaşadığı ünvana heç bir bildiriş gəlmədiyi üçün icra məmurunun çağırışlarından məlumatı olmamışdır. Sonradan icra məmuru tərəfindən telefon vasitəsilə ona məlumat verildikdən sonra o Qaradağ rayon İcra Şöbəsinə gəlmiş, lakin həmin vaxt icra məmuru İlkin Məmmədov İcra Şöbəsində olmamış, nədə telefon zənginə cavab verməmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, halhazırda heç bir yerdə işləməməklə hər hansı bir gəlirə malik deyildir. Fərdi qaydada xırda alverlə məşğul olur və əldə etdiyi gəlirin böyük hissəsini aliment borcunun ödənilməsinə yönəldir. Hal-hazırda da aliment borcunun ödənilməsindən imtina etmir, belə ki, ona kəsilmiş aliment məbləği kifayət qədər yüksək olduğu halda o indiyədək mütəmadi ödənişlər etmiş və cəmi 600 manat ödənilməmiş aliment borcu qalmışdır. Qalan, keçmiş aliment borcunu isə şərait yaradılacağı təqdirdə ən qısa müddətdə ödəyəcəyini və ödədiyi alimentlərlə bağlı qəbzləri icra məmuruna təqdim edə biləcəyini öhdəsinə götürərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada işləmir. Eləcə də onun rəsmi qaydada işləməsinə və yaxud hər hansı bir gəlirə də malik olmasına dair heç bir sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarından yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu ona aylıq təyin edilmiş 450 manat məbləğində aliment borcundan hər ay ödənişlər etmiş və halhazırda da ödəməkdə davam edir. Bundan başqa məhkəmə araşdırması zamanı borclu keçmiş dövrə görə aliment borcunun miqdarının 600 manat olduğunu bildirdiyi halda icra məmuru və tələbkar bu borcun 1900 manat olduğunu qeyd etmişlər. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan aliement borcunun məbləği ilə bağlı yaranmış şübhə əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli bilinməsi əsaslı və ədalətli sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1254/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1254/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver