Məhkəmə qərarları › İş №3(002)-1256/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1256/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1256/2021 07.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,Abşeron rayon Polis İdarəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Nəriman Neftin 1 saylı yataqxanası, bina 11/12, mənzil 106 ünvanında məskunlaşmış Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Laçın rayon Məhkəməsinin 2(047)-53/21 saylı, 09 mart 2021-ci il tarixli icra sənədinə əsasən X1 ödəməli olduğu 4622 manat 96 qəpik borcu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X12 protokolu müdafiə edərək bildirmişdir ki, Laçın rayon Məhkəməsinin 2(047)-53/2021 saylı, 09 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4622,96 ( dörd min altı yüz iyirmi iki manat doxsan altı qəpik) manat borc pulun tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Əhmədov X13 rayon Polis İdarəsinin PPX-da polis nəfəri vəzifəsində işlədiyi üçün yuxarıda qeyd olunan borcun ödənilməsinin təmin edilməsi məqsədilə icra vərəqəsi üzrə tutulma onun əmək haqqına yönəldilməsi üçün araşdırma aparılarkən müəyyən edilmişdir ki, borclu hal-hazırda aldığı əmək haqqından davamlı olaraq iki fərqli aliment borcu və əlavə olaraq kredit borcu ödəyir. Belə ki, Qaradağ rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(002)- 3560/2018 saylı icra vərəqəsinə əsasən Qaradağ rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli, 2(002)-1947/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Şəxs Asif oğlundan 09 oktyabr 2018-ci il tarixdən başlayaraq 21 iyul 2009-cu ildə doğulmuş X8 və 20 iyul 2010-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 130 manat, iki uşağa görə cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Digər bir icra sənədinə əsasən , yəni 31 mart 2021-ci il tarixli Lənkəran rayon Məhkəməsinin 2(049)-1164/2021 saylı icra vərəqəsinə əsasən 19 fevral 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs 30 dekabr 2014-cü ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bunda əlavə borclunun "xxxx" ASC-dən götürdüyü 4666 manat kredit borcuna görə hər ay maaş kartından 264 manat məbləğində pul çıxılır. Hazırki borcun ödənilməsi məqsədilə borclu hal-hazırda heç bir ödəniş etmədiyindən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında X3 tanımadığını, lakin icra vərəqəsindən məlumatı olduğunu bildirərək qeyd etmişdir ki, o, hal-hazırda Abşeron rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir və aylıq əmək haqqısından başqa digər heç bir gəlirə və ya qazanca malik deyildir. O öz izahatında daha sonra göstərmişdir ki, hal-hazırda davamlı olaraq iki fərqli aliment borcu və əlavə olaraq kredit borcu ödəyir. Belə ki, bir aliment borcu üzrə hər ay 260 manat, digəri üzrə isə 130 manat maaşından pul tutulur. Bundan əlavə "xxxx" ASC-dən götürdüyü 4666 manat kredit borcuna görə hər ay maaş kartından 264 manat məbləğində pul çıxılır. Yuxarıda qeyd olunan tutmalar aparıldıqdan sonra hər ay təxminən 50 manat əmək haqqı alır. Aldığı həmin pulu da hazırki borcuna görə hər ay ödəməyə etiraz etmir. Bundan əlavə o bu yaxınlarda DİN-in Tibb Baş İdarəsinin Arif Heydərov adına Hospitalda dördüncü dərəcəli babasil diqnozu ilə 01 sentyabr 2021ci il hemorroidektomiya (ağırlaşmış formada) əməliyyat olunmuşdur. Odur ki, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, borcu ödəməkdən qəsdən yayınmamasını və icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu halhazırda əmək haqqından icra vərəqələrinə əsasən ayrı-ayrılıqda 260 manat və 130 manat aliment borcu, 264 manat isə kredit borcundan ödənişlər edir. Bundan başqa məhkəmə araşdırması zamanı borclu Şəxs rəsmi aldığı əmək haqqından başqa digər hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair hər hansı bir sübut aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar