Məhkəmə qərarları › İş №3(002)-1257/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1257/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1257/2021 19.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6, Barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində İXM-nin 266.1 və 271-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 21 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 05 sentyabr 2021-ci il tarixdə Puta qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus müəssisədə fəaliyyət zamanı yaranan tullantıların qeyri-qanuni qalaqlanması və emalı yerinin müəyyənləşdirilməməsi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC barəsində əvvəllər də qeyd olunan inzibati pozuntulara görə protokol yazılmış və məhkəmə tərəfindən cərimələnmişdir. Bundan sonra Şəxs MMC-nin müraciəti əsasında şirkətə məxsus təhlükəli tullantıların emalı sahəsinin fəaliyyətinə dair X3 Agentliyi tərəfindən 15 iyul 2020ci il tarixdə rəy tərtib edilərək şirkətə göndərilmişdir. Həmin rəydə şirkət tərəfindən görülməli işlər konkret olaraq göstərilmişdir. Lakin buna baxmayaraq Şəxs MMC öz fəaliyyətində göstərilən nöqsanları aradan qaldırmamış və buna görə də barəsində hazırki protokol tərtib edilmişdir. Belə ki, 21 sentyabr 2021-ci il tarixdə idarənin nümayəndələri tərəfindən 01 sentyabr 2021-ci il tarixli BD seriyalı 114 nömrəli sərəncama əsasən Qaradağ rayonu xidməti ərazisində reydlər keçirilən zaman Puta qəsəbəsində yerləşən Şəxs MMC-nin fəaliyyəti zamanı MMC-yə məxsus bərk qarışıq tullantıların özünə məxsus ərazidə və özünə məxsus olmayan ərazilərdə pərakəndə şəkildə qanunla müəyyən olunmamış ərazilərdə qeyri-qanuni olaraq atılması, qalaqlanması və eyni zamanda fəaliyyət zamanı yaranan çirkab suların ətraf mühitə atılması faktı aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılan zaman MMC-nin nümayəndəsi olduğunu bildirən X4 adlı şəxs yazılı izahat verərək, MMC-nin fəaliyyətinin məhlul halına çevrilmiş qablaşdırılmış tullantıların qəbulu və xüsusi qablarda təhvilindən ibarət olduğunu, ərazidə olan digər tullantıların şirkətin istehsal prosesi ilə bağlı olmadığını, ərazidən axan çirkab sularının axıdılması üçün hermetiklənmiş şambonun hazırlanmasının və qanuna müvafiq idarə edilməsinin şirkətin gələcək planlarına daxil edildiyini bildirmişdir. Əməkdaşların şirkətin ərazisinə daxil olması qanuna müvafiq olmadığı üçün kənardan mobil telefon vasitəsilə fotoşəkillər çəkilmişdir. İdarə tərəfindən həmin MMC-nin nümayəndəsinə, fəaliyyətə dair X3 Agentlyi tərəfindən verilmiş 15.07.2020-ci il tarixli 22/1525 nömrəli ekspetriza rəyində də tullantıların və tullantı sularının qanuna müvafiq qaydada idarə olunması şirkətin nəzərinə çatdırılmış və aşkar edilmiş faktlarla bağlı olaraq akt və protokol tərtib edilsə də, MMC-nin nümayəndəsi tərəfindən həmin sənədlərə imza atmaqdan imtina edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar Şəxs MMC İXM-nin 266.1 və 271-ci maddələri ilə təqsirli bilinsə də, protokolda mexaniki səhv olaraq 266.1-in əvəzinə 266.2 kimi qeyd edilmişdir. Bütün bu halların nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Şəxs MMC ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirən MMC-lər sırasındadır. Belə ki, tullantıların axıdılması üçün müvafiq qurğular quraşdırılmış, həmçinin şirkətdə toplanılmış tullantılar xüsusi qablarda toplanılaraq qablaşdırılmış şəkildə avtomaşınlar tərəfindən mütəmadi olaraq tullantılar üçün ayrılmış əraziyə aparılır. Protokolda hüquqi şəxsin nümayəndəsi kimi qeyd olunan şəxsin şəxsiyyəti müəyyən olunmamışdır. Belə ki, protokolda qeyd olunan şəxsin MMC ilə heç bir əmək müqaviləsi olmamışdır. Həmçinin həmin şəxsin izahatında digər tullantıların şirkətlə əlaqəsinin olmaması qeyd olunmuşdur. Protokol həmin izahat əsasında tərtib olunmuşdur. Protokolun tərtib edilmə qaydası da pozulmuşdur. Protokolda şahid qismində protokolu tərtib edən orqanın nümayəndələri göstərilmişdir. Əgər protokolda qeyd olunan hüquqi şəxsin nümayəndəsi həqiqətən də MMC-nin nümayəndəsi kimi protokolu imzalamaqdan imtina etmişsə belə, protokolda bu barədə qeyd olmalı idi. Aktın tərtib olunmasından isə ümumiyyətlə MMC-nin xəbəri olmamışdır. Daha sonra inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılmasına MMC dəvət olunmamış, protokolun tərtib olunmasından xəbəri belə olmamışdır. Məhkəməyə təqdim olunmuş şəkillərdən isə tullantıların həqiqətən də məhz Şəxs MMC-yə məxsus olmasını müəyyən etmək mümkünsüzdür. Həmçinin həmin şəkillərdən görünür ki, tullantı adlanan əşyaların həqiqətən də tullantı olub-olmaması sual altındadır. O, öz izahatında daha sonra qeyd etmişdir ki, protokolu tərtib edən idarə tərəfindən ətraf mühitin çirklənməsi dərəcəsi araşdırılmalı idi, lakin idarə tərəfindən heç bir araşdırma aparılmamışdır. Həmçinin qeyd olunan inzibati xətanın dərəcəsi, vurulmuş ziyanın məbləği barədə heç bir ekspertiza aparılmamış, müvafiq ekspert rəyi iş materiallarına əlavə olunmamışdır. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız hesab edilməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, qeyd olunan inzibati əraziyə baxış keçirilməmiş, bu barədə akt tərtib edilərkən və sonradan inzibati pozuntu ilə bağlı protokol tərtib edilərkən barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, istər həmin əraziyə kənardan baxış zamanı, istərsə də protokolun tərtibi zamanı hüquqi şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə hansı əsaslarla yoxlama, yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olub-olmamasına dair sübutlar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 21 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmiş və eləcə də protokolda göstərilən hüquqi şəxsin nümayəndəsi inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Lakin bununla bağlı protokolda heç bir qeyd öz əksini tapmamışdır. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinə verilməsi və ya hüquqi şəxsin ünvanına göndərilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda Şəxs MMC İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz əksini tapsa da, lakin məhkəməyə göndərilən məktubda və eləcə də 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin məhkəmədə verdiyi izahatında Şəxs MMC-nin İXM-nın 266.1-ci maddəsi ilə inzibati məsuliyyət daşıdığı qeyd edilmişdir. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa iş materiallarına inzibati xətanın baş verdiyi yerin olduğu iddia edilən müəyyən fotoşəkillər əlavə olunmuşdur. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokolda öz əksini tapmamaqla İXMnin 81.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 21 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında 21 sentyabr 2021-ci il tarixli MN ******* saylı protokol əsassız hesab edilməklə, təqdim edilmiş inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar