Məhkəmə qərarları › İş №3(002)-1257/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1257/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1257/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində X1 Bakı şəhəri Reklam İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, inzibati material baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 20 iyul 2023cü il tarixdə vəsatət ilə məhkəməyə müraciət edilərək şirkətin hüquqi ünvanının Sumqayıt şəhəri, 53-cü məhəllə olduğundan inzibati materialın aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İş materiallarından aydın olur ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) hüquqi ünvanı Sumqayıt şəhəri, 53-cü məhəllədir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində X1 Bakı şəhəri Reklam İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar