Məhkəmə qərarları › İş №3(002)-126/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-126/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-126/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli 00700-00003-25 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 1800/012/004843 nömrəli raporta əsasən, Türkiyə Respublikasından 61YY530/61YY531 nömrəli yük nəqliyyat vasitəsilə Şəxs ünvanına idxal edilmiş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********8342 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş mallara Xocəsən gömrük terminalında gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı xx.xx.2024-cü il tarixli **********8342 sorğu nömrəli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilən, çəkisi 160 kq təşkil edən, üzərində “POLMİX” çöp torbası, 40x50 ölçülü sözləri yazılmış 1000 ədəd və üzərində “POLMİX” çöp torbası 55x60 ölçülü sözləri yazılmış 1000 ədəd “etilen polimerlerden torbalar”ın mikrometr cihazı vasitəsilə ölçülməsi zamanı qalınlığının 15 mikrondan az olduğu müəyyən edilmişdir. Mallar Qaradağ rayonu Xocasən gömrük terminalında saxlanılır. Araşdırma zamanı Şəxs tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********8342 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza tədqiqatlarının aparılması xx.xx.2024-cü il tarixli 3-33-1800/2-001794/2024 nömrəli məktubla Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ekspertlərinə həvalə edilmişdir. Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsindən Sumqayıt Gömrük İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-5300/2-000054/2025 №-li ekspert rəyinə əsasən, Şəxs ünvanına xx.xx.2024-cü il tarixli AYZ**********144 nömrəli invoysun 58 və 59-cu mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr “X1 Mini Boy 40 x 50 cm 80 gr./12 mikron/ 20 lt.” və “X1 Orta Boy 55 x 60 cm 80 gr./14 mikron/ 40 lt.” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlıqları müvafiq olaraq 10.9 mikron (0.0109 mm), 12.7 mikron (0.0127 mm) olan, rəngsiz, şəffaf və qara rəngli, rulonlarda, qulpsuz torbalardır. Fakt üzrə Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində Azərbaycan Respublikası vətəndaşı olan vəzifəli şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati araşdırma başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən 61YY530/61YY531 nömrəli yük nəqliyyat vasitəsilə idxal edilmiş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024cü il tarixli **********8342 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş xx.xx.2025ci il tarixli 3-33-5300/2-000054/2025 №-li ekspert rəyində göstərilən, ümumi çəkisi 160 kq təşkil edən “X1 Mini Boy 40 x 50 cm 80 gr./12 mikron/ 20 lt.” və “X1 Orta Boy 55 x 60 cm 80 gr./14 mikron/ 40 lt.” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlıqları müvafiq olaraq 10.9 mikron (0.0109 mm), 12.7 mikron (0.0127 mm) olan, rəngsiz, şəffaf və qara rəngli, rulonlarda, qulpsuz torbaların mikron qalınlığı 15-dən aşağıdır. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanununun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt: xx.xx.2024-cü il tarixli malların yoxlanması haqqında protokol; xx.xx.2024-cü il tarixli **********8342 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2024-cü il tarixli AYZ**********144 nömrəli invoys, Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsindən Sumqayıt Gömrük İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-5300/2- 000054/2025 №-li ekspert rəyi və digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında Türkiyə Respublikasından göndərilən qeyd olunan malların onun xəbəri olmadan göndərildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, 275.4-cü maddəsində göstərilir ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən gömrük postunun ərazisində saxlanılan ümumi çəkisi 160 kq təşkil edən “X1 Mini Boy 40 x 50 cm 80 gr./12 mikron/ 20 lt.” və “X1 Orta Boy 55 x 60 cm 80 gr./14 mikron/ 40 lt.” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlıqları müvafiq olaraq 10.9 mikron (0.0109 mm), 12.7 mikron (0.0127 mm) olan, rəngsiz, şəffaf və qara rəngli, rulonlarda, qulpsuz torbalar müsadirə edilməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar