Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1261/2021 22.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, X4 Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi inzibati tənbeh tətbiq olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Qaradağ Rayon Məhkəməsinə X4 Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 06.10.2021-ci il tarixli, 00100-1917/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına Fransa Respublikasından 52ABH573/52ABE948 nömrə nişanlı yük avtomobilində daxil olmuş mallar **********6530 sorğu nömrəli 19.05.2021-ci il tarix gömrük bəyannaməsi ilə 21.09.2021-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedur-altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, **********6530 sorğu nömrəli 19.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi 21.09.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi 21.09.2021-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların diqər gömrük prosedurunda rəsmiləşdirilməsi "xxxx" MMC tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş 04.10.2021-ci il tarixli gömrük baxışına dair tərtib edilmiş akta əsasən "xxxx" MMC tərəfindən **********6530 sorğu nömrəli 19.05.2021-ci il tarixli gömrük- bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş sözügedən mallar Bakı səhəri, Qaradağ rayonu, Salyan sossesi 83 ünvanında yerləşən anbarda toxunulmada saxlanılır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04.10.2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən **********6530 sorğu nömrəli 19.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş mallara 04 oktyabr 2021-ci il tarixdə Şəxs MMC-nin istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 83 ünvanda yerləşən anbarda baxış keçirilmiş, baxış zamanı həmin malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən olunmuşdur. Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova ünvanlanmış 04 oktyabr 2021ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Sahil” gömrük postundan daxil olmuş 34/026/024613 saylı 21.09.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda “Bos Şelf MMC tərəfindən **********6530 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin bitdiyi, lakin “Bos Şelf MMC tərəfindən həmin yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülmədiyi qeyd edilmişdir. Araşdırma zamanı “Bos Şelf’ MMC-nin nümayəndəsi vətəndaş X1 izahatı alınmışdır. O izahatında bildirmişdir ki, şirkətdə işlərin çox olması ilə əlaqədar olaraq müvəqqəti saxlanc müddətinin bitmə tarixinə diqqət etmədikləri üçün həmin malların rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmiş və malların müvəqqəti saxlanc müddəti pozulmuşdur. Rövşən Babayev həmçinin qeyd olunan yüklərin “Bos Şelf MMC-nin istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 83 ünvanda yerləşən anbarda toxunulmaz vəziyyətdə saxlandığını bildirmişdir. Araşdırma zamanı “Bos Şelf MMC tərəfindən **********6530 sorğu nömrəli 19.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərə baxış keçirilmiş və həmin yüklərin yerində və toxunulmaz olması 04 oktyabr 2021-ci il tarixli akt əsasında müəyyən edilmişdir. 19.05.2021-ci il tarixli, **********6530 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Bos Şelf MMC tərəfindən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş müddətinin son tarixi 21.09.2021-ci il müəyyən edilmişdir. 06.10.2021-ci il tarixli, 00100-1917/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Məsuliyyətli Cəmiyyəti nümayəndəsi X2 06.10.2021-ci il tarixli, 00100- 1917/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 27.08.2013-cü il tarixli, 229 saylı qərarının 3.3-cü maddəsinə əsasən “Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.” Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X4 Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, X4 Məsuliyyətli Cəmiyyəti tərəfindən **********6530 nömrəli 19.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların qanunla müəyyən edilmiş müddəti 21.09.2021-ci il tarixdə bitsə də, adı çəkilən şirkət tərəfindən qeyd olunan mallar rəsmiləşdirilməmiş və ya tərəflərindən digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X4 Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1261/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1261/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver