Məhkəmə qərarları › İş №3(002)-1262/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1262/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1262/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: X3, Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi Etibar Eyvazov tərəfindən tərtib edilmiş 13 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, bir nüsxədən ibarət ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, X3 şikayət ərizəsinə hər hansı bir protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın surətini əlavə etməmişdir. Buna görə də şikayətə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş ərizə geri qaytarılsın. X2 izah edilsin ki, yuxarıda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar