Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1264/2025 19.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs Qapalı Səhimdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsindən Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə ə inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs QSC icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığrtalanmasını həyata keçirməmişdir. Qeyd edilənlərlə bağlı Şəxs QSC barəsində X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək 27 may 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 protokola etiraz təqdim edərək bildirmişdir ki, Atilla Trəns and Services” QSC İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş N“0492939 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə barəsində tərtib olunmuş protokol və digər materiallar baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X5 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, №1808929 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə “X8 Services ” QSC-nin direktoru X3 AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1.500 (min beş yüz) manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Bildirirlər ki, 01,05.2025-ci il tarixdə inzibati xətanı törətdiyinə görə, barəsində 1.500 (min beş yüz) manat məbləğində tənbeh növü tətbiq edilmiş X3 tərəfindən 1.500 (min beş yüz) AZN məbləği X1 ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni İnzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqmda işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Eyni zamanda bu hal Konstitusiyanın 149-cu maddəsinin normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olması barədə tələbi ilə də ziddiyyət təşkil edir. Həmçinin diqqətinizə çatdırırıq ki, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir, lakin İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi 11 aprel 2025-ci il tarixli 178- VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 469.2-ci maddə ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq, 3(002)-1264/2025 saylı iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsi xahiş edilmişdir. protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materillarını araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduğu üçün Şəxs QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.5-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 11, 53 və 114-cü, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1264/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1264/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver