Məhkəmə qərarları › İş №3(002)-1269/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1269/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1269/2021 27.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü vəzifəsində işləyən, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Rüstəm Seyidovun 26 avqust 2021-ci il tarixli qərarından və 176/21 nömrəli rədd materialına əsasən tərtib edilmiş 09.09.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 16.08.2021-ci il tarixdə saat 19:30-da Şəxs idarə etdiyi “Daevo Nexia” markalı AZ ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində 15 saylı bazar istiqamətində hərəkətdə olarkən bazara çatana yaxın tıxac olduğu üçün əks istiqamətli nəqliyyat axınının yoluna girmiş, 29 yanvar küçəsi ilə gəlib 28 may küçəsinə (sola) dönmə manevri edən X1 idarə etdiyi “Mitsubishi Pajero” markalı AZ ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Avtomobillər toqquşmuş hadisə nəticəsində “Daevo Nexia” markalı AZ ** HY *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, “Daevo Nexia” markalı AZ ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 15 illik sürücülük təcrübəsi var. BC kateqoriyalı sürücülük hüququna malikdir. Günü 20 manata icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olur. 16.08.2021-ci il tarixində təxminən saat 19:30 radələrində etibarnamə əsasında idarə etdiyi Daevo Nexia markalı Az ** HY *** dövlət qeydiyyat nişanlı avtomobildə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində hərəkətdə olan zaman tanımadığı bir polis nəfəri işarə etmiş,bundan sonra o avtomobili saxlamış, həmin polis nəfəri onu da qabaqda düşürməsini bildirmişdir. O da həmin polis nəfərini götürmüş və o avtomobildə arxa sol tərəfdə oturmuşdur. Daha sonra bazar istiqamətində hərəkətə başlamış, bazara çatana yaxın tıxac olduğu üçün əks istiqamətli nəqliyyat axınının yoluna girmişdir. Bu zaman Stadion tərəfdən 28 May küçəsinə birləşən yolla gəlib sola dönmə manevri edən Mitsubishi Pajero markalı Az ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Hadisə onun Pajeronun yoluna çıxdığı üçün baş vermişdir. O əks hərəkət zolağına girmiş, hadisə zamanı arxa sağ oturacaq əyləşmiş sonradan ad soyadını bildiyi polis nəfəri Zərərçəkmiş şəxs qolundan xəsarət almışdır. O, həmin Zaur adlı sərnişini xəstəxanaya aparmaq istəmiş, lakin sonuncu, ciddi bir şey olmadığını demiş və çıxıb getmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Barəsində icraat aparılan şəxs Şəxs sonda əməlindən səmimi peşmanlıq hissinin keçirməsini, zərərçəkmiş şəxsin baş vermiş hadisə ilə bağlı ona qarşı şikayətin olmamasını və ailəsinin maddi tələbatını sürücülük fəaliyyəti ilə məşğul olmaqla təmin etməsini nəzərə alınaraq, barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 16.08.2021-ci il tarixində təxminən saat 19:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində Cırtdan Parkın yanında yoldan ötən Daevo Nexia markalı Az ** HY *** dövlət qeydiyyat nişanlı avtomobildə arxa sağ oturacaqda əyləşmişdir. Avtomobil Bazar istiqamətində hərəkətə başlamış, bazara çatmamış həmin avtomobil əks istiqamətli nəqliyyat axınının yoluna girmiş, o, sürücüyə öz hərəkət zolağına qayıtması barədə xəbərdarlıq etmək istəmiş, bu zaman Stadion tərəfdən çıxıb sola dönmə manevri edən Mitsubishi Pajero markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə onların avtomobili toqquşmuşdur. X4 yoluna çıxdığı üçün baş vermiş, hadisə zamanı Daevo markalı avtomobilin onun oturduğu tərəf, yəni arxa sol pəncərəsi sındığı üçün şüşə qırıntıları onun sağ biləyini kəsmiş və xırda şüşə qırıntıları gözümə sıçramışdır. Hadisədən sonra o TTYSa getmiş, oradan onu 1 saylı KTM-ə aparmışlar. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, daha sonra o, Zərifə Əliyeva adına göz xəstəxanasına müraciət etmiş və orada gözünü müayinə edib, şüşə ovuntularını təmizləmişlər. Hadisə zamanı ondan başqa xəsarət alan olmamışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə onun xidmət vaxtında baş verməmişdir. O, xidmətdən çıxmış və evə getmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, 18 illik sürücülük təcrübəsi var. B kateqoriyalı sürücüdür. O, özünə məxsus “Mitsibushi Pajero” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. 16.08.2021-ci il tarixində təxminən saat 19:30 radələrində idarə etdiyi avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 20 Yanvar küçəsindən çıxıb, 28 May küçəsinə getmək üçün yolun ortasında olan qırıq-qırıq xəttin üzərindən keçib, sola dönmə manevri edərkən, üzü bazar istiqamətində hərəkətdə olan avtomobilin öz hərəkət zolağından çıxıb, əks istiqamətli hərəkət zolağına, yəni onun hərəkət zolağına daxil olduğunu görmüş, o hadisənin qarşısını almaq məqsədilə əyləcə basmış, lakin həmin avtomaşın hərəkətini davam etdirdiyi üçün idarə etdiyi avtomaşının qarşı sağ hissəsi ilə həmin avtomaşının qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Hadisədən sonra avtomaşından yerə düşüb, toqquşduğu avtomaşının Daevo Nexia markalı Az ** HY *** dövlət qeydiyyat nişanlı olduğunu və həmin avtomaşında bir nəfər sərnişinin xəsarət aldığını görmüşdür. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ Şəki RQİTBŞ tərəfindən 12.11.2015-ci il tarixində verilmiş AE seriyalı 716954 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və vəsiqə 12.11.2025-ci ilədək etibarlıdır. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı 845810 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99HY783 nömrəli dövlət qeydiyyat nişanlı, ““Daevoo Nexia minik” markalı avtomobil X3 məxsusdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin 19 avqust 2021-ci il tarixli 580 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ saidin kəsilmiş yaraları, kəsici alət (əşya), (ola bilsin şüşə qırıntıları) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün kliniki tibb mərkəzinə müraciət etdiyi 16.08.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısas müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, əmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 16 avqust 2021-ci il tarixli, 2/23502 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. Məhkəməyə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 26 avqust 2032-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, yol-nəqliyyat hadisəsinin sxemi, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 19 avqust 2021-ci il tarixli 580 nömrəli ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olması və ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar