Məhkəmə qərarları › İş №3(002)-127/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-127/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-127/2025 10.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Şikayət vermiş şəxs X4 iştrakları ilə, X4, DİN-in BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, EQ 25585713 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X6 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ X2 16 yanvar 2025-ci il tarixli qərarı ləğv edilməsi va əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ X2 xx.xx.2025-ci il tarixli qərarı əsasında mən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 80 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi "Mercedes Benz C 180 Minik" markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsi Binə ticarət mərkəzinin qarşısında guya dayanma, dayanma qaydasını pozduğuna görə onu cərimə etmişlər. Bununla əlaqədar bildirir ki, həmin qərarda hadisənin baş vermə saatı 22:24 göstərilsə də həmin vaxt saat 17:30 radələri olmuşdur. O, Binə Ticarət mərkəzinin qarşısında dayanmamış, avtomobil hərəkətdə olan zaman avtomobilin sağ qapısı açıq olduğuna görə həmin qapını acıb yenidən örtmüşlər. Həmin yerdə o avtomobili dayandırmamışdır. Bu fotoşəkillərdən də aydın görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində qeyd edilir ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxan orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, mahkama prokuror nəzarəti ilə va şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nazarda tutulmuş hallardan har hansı biri olduqda, icraatında inzibati xata haqqında iş olan hakim va ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xata haqqında işin icraatina xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qararından məhkəməyə verilən şikayət verən şəxsin yaşayış yeri va ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xata haqqında iş üzrə qərardan şikəyat verə bilər. Məhkəmə iclasında iştirak edən X6 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, həmin gün avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməmişdir. Belə ki, "Mercedes Benz Cİ 180 minik” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. Həmin avtomobillə qanuni taksi fəaliyyəti ilə məşğul olur. 16 yanvar 2025-ci il tarixdə, saat 17:30-da Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzinin qabağında olarkən avtomobilin sağ qapısı açıq olduğuna görə həmin qapını açıb yenidən örtdükləri zaman avtomobilinin şəkilini çəkmişlər. Lakin həmin vaxt o hər hansı bir dayanma-durma qaydasını pozmamışdır. Odur ki, 16 yanvar 2025-cü il tarixli, EQ 25585713 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X3 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X6 16 yanvar 2025-cü il tarixdə, Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi "Mercedes Benz C180 minik" markalı, ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və durma qadağan olunan işarənin təsiri altında olan ərazidə yolun hərəkət hissəsində avtomaşını saxlamış və sərnişin düşürmüşdür. Bununla da sürücü İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntu ilə əlaqədar videogörüntü də mövcuddur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 yanvar 2025-cü il tarixli, EQ 25585713 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X6 16 yanvar 2025-cü il tarixdə Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi "Mercedes Benz C 180 minik" markalı, ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında tərəflərin mübahisələndirmədiyi fotoşəkillərdən və videogörünütüdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X6 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 DİN-in BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş 16 yanvar 2025-cü il tarixli, EQ 25585713 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar