Məhkəmə qərarları › İş №3(002)-1270/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1270/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1270/2022 13.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:1HMV754), evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 13 oktyabr 2022-ci il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru F.N.Fərəcullayev inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, oktyabr ayının 1-dən Rich S.A MMC-də sürücü vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində "Qardaşlar" mağazasının qarşısında şirkətə məxsus olan avtomobili saxlayarkən yol patrul xidmətinin əməkdaşları ona avtomobili yoldan götürməsini və nəqliyyat vasitələrinin hərəkətinə mane olmamasını bildirmişlər. O, dərhal avtomobili kənara çəkmiş və yol patrul xidməti əməkdaşları ondan sənədlərini tələb etmişlər. Lakin o, sənədini təqdim etməmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra ÇPA əməkdaşları çağırılmış və onu 10cu polis bölməsinə aparılmışdır. Hal-hazırda öz əməlini etiraf edir, əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verir. Göstərilənləri, nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Polis Bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin, yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 13 oktyabr 2022ci il tarixdə saat təxminən 12:40 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində Mercedes markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı maşının yolun hərəkət hissəsində saxladığını görmüş, xüsusi səs və işıq cihazları vasitəsilə işarə vermiş, sürücü isə əhəmiyyət vermədən dayanaraq küçədə sıxlıq yaradaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmağa davam etmişdir. Sonra sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, qayda pozuntusunu izah etmiş və sənədlərini təqdim etməsini tələb etmişdir. Dəfələrlə soruşsa da sürücü özünü təqdim etməmiş və sənədlərini təqdim etməkdən yayınmışdır. Bundan sonra ÇPA əməkdaşları hadisə yerinə dəvət edilmiş və sürücünü 10-cu polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Həmçinin məhkəmə iclasında verilmiş suala cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitəsi şirkətə məxsus olduğundan sürücüyə nəqliyyat vasitəsinin idarə olunması üçün təqdim olunmuş icazə vərəqinin olub-olmamasını bort-kompüter vasitəsilə müəyyən etmək mümkün deyildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 13 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 oktyabr 2022-ci il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 13 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, 13 oktyabr 2022-ci il tarixdə saat təxminən 12:40 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində Mercedes markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı maşının yolun hərəkət hissəsində saxladığını görmüş, xüsusi səs və işıq cihazları vasitəsilə işarə vermiş, sürücü isə əhəmiyyət vermədən dayanaraq küçədə sıxlıq yaradaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmağa davam etmişdir. Sonra sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, qayda pozuntusunu izah etmiş və sənədlərini təqdim etməsini tələb etmişdir. Dəfələrlə soruşsa da sürücü özünü təqdim etməmişdir. Bundan sonra ÇPA əməkdaşları hadisə yerinə dəvət edilmiş və sürücünü 10-cu polis bölməsinə dəvət etmişlər. Yol polisinin qanuni tələbinə məhəl qoymayan, öznü təqdim etməyən və sıxlıq yaradaraq digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradan sürücü barəsində qanunamüvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində Şəxs polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Bununla da, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün verdiyi ifadəsi, şahidin ifadələri və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar