Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1271/2025 17.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 02 iyun 2025-ci il tarixli, EQ 28314421 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin EQ 28314421 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilmasi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin EQ 28314421 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında mən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 12:14:36-da etibarnamə əsasında idarə etdiyi "DAF FT XE 105.460 Yük" markalı 77-FQ 303 dövlǝt qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri. Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində hərəkətdə olarkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirir ki, "DAF FT XE 105.460 Yük" markalı 77-FQ 303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o etibarnamə əsasında idarə edir. Həmin avtomobillə buğda daşıyır. Yükü avtomobilə yükləyərkən onu tərəzidə çəkdirir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Həmçinin yükü göndərən təşkilatda yükü göndərərkən onu çǝkǝrǝk alıcı şirkətə təhvil verir, yükü göndərən təşkilun da yükü azaltmaq kimi marağı ola bilməz, cünki bu birbaşa onun özünə ziyandır. Yük avtomobilə yüklənərkən xüsusi serfikatı olan tərəzi ilə çəkilmişdir. (Serfikat əlavə olunur). Avtomobila maksum 42000 kq- yük aparılmasına limit vardır. İdarə etdiyi avtomobilin yüklə birlikdə çəkisi 40700 kq olmuşdur. Bu yol qaiməsində öz əksini tapmışdır. (Qaiməni əlavə edir). Lakin protokol tərtib edilərkən guya avtomobilin ümumi çəkisi 42600 kq yük olmuşdur. Həmin vaxt onunla paralel istiqamətdə başqa yük avtomobili də keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Onun avtomobilində artıq yük olmamış, yükü göndərək təşkilatın onun serfikatlı tərəzidə çəkərək dəqiq kütləsini bildiyim üçün avtomobildə artıq yük ola bilməz. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tarafindan qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Hamin Məcəllənin 8.3-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin taqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Hamin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xatanın olub-olmamasını, inzibati xətal törədən şəxsin təqsirini və işin düzgün halli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) asaslana bildiyi hər cür faktik malumatlar inzibati xətalar haqqında işlar üzrə sübutlar sayılır. Bu malumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şexsin. zarar çəkmiş şaxsın, şahidlarin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyati orqanının müayyan etdiyi orqanın (qurtumin) informasiya sisteminda, habela digar dovlat informasiya sistemlarinda (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xata haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digar protokollarla müəyyən edilir. Hamin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan va metroloji sınaqdan keçmiş ölçü cihazları va bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitalar xüsusi texniki vasitələr adlanır. Hamin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol harakati qaydaları, yol harakati təhlükəsizliyinin tamin edilmasi va avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xataların aşkarlanmasında istifadə olunan, foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının markazi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xata haqqında iş üzra qararda) qeyd edilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vazifalı şaxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Hamin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığı normalardan da görünür ki, kimi tam əsasız olaraq barəmdə protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 verdiyi şikayəti müdafiə edərək bildirmişdir ki, 02 iyun 2025-ci il tarixdə idarə etdiyi DAF FT XF 105.460 YÜK markalı ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Sanqaçal qəsəbəsində yerləşən "xxxx" MMC-dən buğda yükü doldurub Bakı şəhəri istiqamətində gəlirmiş. Həmin avtomobil arxa hissəsi üç oxlu, ön hissəsi iki oxlu olmaqla ümumilikdə beş oxludur. Yükü avtomobilə yükləyərkən onu tərəzidə çəkdirmişdir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Yük avtomobilə yüklənərkən xüsusi serfikatı olan tərəzi ilə çəkilmişdir. Bununla bağlı serfikatı iş materiallarına əlavə etmişdir. İdarə etdiyi avtomobilin yüklə birlikdə çəkisi 40700 kq olmuşdur. Bu yol qaiməsində də öz əksini tapmışdır. Qaiməni də iş materiallarına əlavə etmişdir. Lakin protokol tərtib edilərkən guya avtomobilin ümumi çəkisi 42600 kq yük olmuşdur. Həmin vaxt onunla paralel istiqamətdə başqa yük avtomobili də keçmiş və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİN-nin BDYPİ-nin 02 iyun 2025-cü il tarixli, EQ 28314421 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş X6 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkiltdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 02 iyun 2025-cü il tarixli, EQ 28314421 nömrəli qərardan aydın olur ki, X3 02 iyun 2025-cü il tarixdə saat 12:14-də idarə etdiyi «DAF FT XF 105.460» yük markalı ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 02 iyun 2025-cü il tarixdə, saat 12:14-də «DAF FT XF 105.460 yük» markalı ** FQ *** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42600 kq olmuşdur. Şikayətçinin iş materiallarına əlavə etdiyi 02 iyun 2025-ci il tarixli yol qaiməsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verməmişdən əvvəl avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Şikayətçinin iş materiallarına əlavə etdiyi ölçmə vasitəsinin yoxlanılması haqqında şəhadətnamənin isə hansı tərəziyə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 02 iyun 2025-cü il tarixdə saat 12:14-də idarə etdiyi «DAF FT XF 105.460 yük» yük markalı ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 02 iyun 2025-cü il tarixli, EQ 28314421 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin 02 iyun 2025-cü il tarixli, EQ 28314421 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1271/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1271/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver