Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1272/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Qaradağ rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İşdə olan İXP ******* saylı 22 iyun 2023-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 10 mart 2023-cü il tarixli EQ 13453040 saylı protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, təxminən beş il bundan qabaq baş etibarnamə əsasında ** OG *** dövlət qeydiyyat nişanlı, “Volqa” avtomobilini başqasına satmışdır. Hal-hazırda həmin avtomobili o idarə etmir və verdiyi etibarnamənin müddəti də başa çatmışdır. Lakin ona məlum olmayan səbəbdən həmin avtomobilə yazılmış cərimələr ona gəlir. Bununla bağlı DİN-in BDYPİ-nə də rəsmi qaydada müraciətlər etmişdir. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsə də qeyd olunan tərəf məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını və təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə təqdim etdiyi və 20 iyun 2023-cü il tarixdə DİN-nin BDYPİ-sində qeydiyyata alınmış ərizəsinin surətindən aydın olur ki, o etibarnamə əsasında ** OG *** dövlət qeydiyyat nişanlı, “Volqa” avtomobilini başqasına veridiyini, hal-hazırda həmin avtomobilin harda olduğunu bilmədiyini, həmin avtomobili idarə etmədiyini və bu məsələnin araşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs məhkəməyə təqdim etdiyi DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi tərəfindən qəbul edilmiş 13 iyun 2023-cü il tarixli qərardan çıxarışdan aydın olur ki, “QAZ 31029” minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 02 ay müddətində icra edilməməsinə görə həmin nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan inzibati pozuntunun Şəxs tərəfindən törədilib-törədilməməsinin aydınlaşdırılması üçün material Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 22 iyun 2023-cü il tarixli, İXP ******* saylı prootkol üzrə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhər Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1272/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1272/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver