Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1272/2025 19.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş 04 iyun 2025-ci il tarixli, EQ 28354961 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş 04 iyun 2025-ci il tarixli, EQ 28354961 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ 28354961 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında o, İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir.Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 14:35:03- də etibarnamə əsasında idarə etdiyi “DAF FT XE 105,460 Yük” markalı 77-FQ 303 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində hərəkətdə olarkən İXM-nin 353.2-ei maddəsində nəzədə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməklə yük daşınma qaydalarının pozmışdur.Bildirir ki, “DAF FT XE 105.460 Yük” markalı 77-FQ 303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Həmin avtomobillə buğda daşıyır. Yükü avtomobilə yükləyərkən onu tərəzidə çəkdirir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Həmçinin yükü göndərən təşkilatda yükü göndərərkən onu çəkərək alıcı şirkətə təhvil verir, yükü göndərən təşkilat da yükü azaltmaq kimi marağı ola bilməz, cünki bu birbaşa onun özünə ziyandır. Yük avtomobilə yüklənərkən xüsusi serlıkatı olan tərəzi ilə çəkilmişdir. (Serfikat əlavə olunur). Avtomobilə maksum 42000 kq- yük aparılmasına limit vardır. İdarə etdiyim avtomobilin yüklə birlikdə çəkisi 40200 kq olmuşdur. Bu yol qaiməsində öz əksini tapmışdır. (Qaiməni əlavə edirəm).Lakin protokol tərtib edilərkən guya avtomobilin ümumi çəkisi 43440 kq yük olmuşdur. Həmin vaxt onunla paralel istiqamətdə başqa yük avtomobilidə keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsinə inzibati qərar qəbul edilmişdir.Onun avtomobilində artıq yük olmamış, yükü göndərək təşkilatın onun serfikatlı tərəzidə çəkərək dəqiq kütləsini bildiyi üçün avtomobildə artıq yük ola bilməz. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydasfi’mn, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə iriqabaritli və ağırçəkili avtonəqlivyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrinin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə hərəkət edən avtonəqlivyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-eu il tarixlıi qərarının 4.1-ei bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsırsızliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.ə-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ei maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür taktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində fehtiyatlarındaj aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81,1 -ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ra avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda t inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 129.1.3-ei maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxanda sadaladığım normalardan da görünür ki, kimi tam əsası/ olaraq barəmdə protokol tərtib edilmiş və əsası/ olaraq inzibati qərar qəbul edilmişdir. Ona görədə Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 134.1.3- cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ 28354961 saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və əməlimdə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İnzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 28354961 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tətəfin izahatını dinləyib hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalı və xx.xx.2024-cü il tarixli, EQ 28354961 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır.. Belə ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam olaraq öz təsdiqini tapır. İş materillarına sübut olaraq əlavə edilmiş xx.xx.2025-ci il tarixli yol qaiməsi və tərəzi sertifikatına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən yol qaiməsində buğda yükünün hansı seriya və nömrəli tərəzi ilə çəkilməsi qeyd edilmədiyindən və qeyd edilən sertifikatın həqiqətən də buğda yükünün çəkildiyi tərəziyə aid olmasının müəyyən edilməsi mümkün olmadığından həmin sənədlər iş üzrə əsaslı sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş 04 iyun 2025-ci il tarixli, EQ 28354961 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1272/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1272/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver