Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1273/2020 21.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X5 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə 00100-1727/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, iş üzrə materialları və ona əlavə edilmiş sənədləri baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərmişdir. Qeyd olunan material Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(002)-1060/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən qaytarılmış və səlahiyyətli orqan tərəfindən qərardadda göstərilmiş natamamlıqlar aradan qaldırıldıqdan sonra material yenidən ona əlavə edilmiş sənədlərlə birlikdə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 14B46310/14B46410 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********7460 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli GB ilə bəyan edilmişdir. Həmin yüklərə baxış zamanı 49 nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinə uyğun olaraq gömrük bəyannaməsində 50x50 ölçülü, 1180 kv.metr “kafel" yükü bəyan edildiyi halda, avtomobildə faktiki olaraq 60x60 ölçülü 1180 kv.metr “kafel" yükü olduğu aşkar edilmişdir. “İpək Yolu” gömrük postundan daxil olmuş 34/024/020549 nömrəli, xx.xx.2020-ci il tarixli raporta əsasən, "Şəxs” MMC-nin ünvanına 14B46310/14B46410 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olaraq **********7460 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində 49 nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinə uyğun olaraq bəyan edilmiş yüklərə baxış zamanı gömrük bəyannaməsində 50x50 ölçülü, 1180 kv.metr “kafel” yükü bəyan edildiyi halda, faktiki olaraq avtomobildə aşkar edilmiş 60x60 ölçülü 1180 kv.metr “kafel” yükünün gömrük ödənişlərinə təsir edib-etməməsi barədə Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/021447 nömrəli, xx.xx.2020-ci il tarixli raportla sorğu verilmiş, sorğuya cavab olaraq verilmiş 34/012/022442 nömrəli, xx.xx.2020-ci il tarixli raporta əsasən qeyd olunan gömrük bəyannaməsi üzrə bəyan edilmiş yük 50x50 ölçülü "kafel” yükü deyil, 60x60 ölçülü 1180 kv.metr bəyan edildiyi halda gömrük ödənişlərinin məbləğinə təsir göstərməmişdir. Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 protokolun dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirdi ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən əvvəlcədən 60x60 ölçüdə 1180 kv.metr, 10x30 ölçülü 4 kv.metr, 2x60 ölçülü 2 kv.metr olmaqla ümumilikdə 1186 kv metr kafel yükü sifariş olunmuşdur. Zavodun islərinin çoxluğu ilə əlaqədar olaraq, texniki səhv olaraq mallara dair 49 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədində 60x60 əvəzinə, 50x50 ölçü göstərilmişdir. Bu səbəbdən, **********7460 sorğu nömrəli gömrük bəyannaməsində də həmin invoys sənədinə uyğun olaraq, kafellərin ölçüsü 50x50 kimi göstərilmişdir. Göstərilənləri və inzibati xəta hadisəsinin qəsdən törədilməməsini nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “ipək Yolu” Gömrük Postundan daxil olmuş 34/024/020549 saylı xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, raportda qeyd edilən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 14B46310/14B46410 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********7460 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli GB ilə bəyan edilmişdir. Həmin yüklərə baxış zamanı 49 nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinə uyğun olaraq gömrük bəyannaməsində 50x50 ölçülü, 1180 kv.metr “kafel” yükü bəyan edildiyi halda, avtomobildə faktiki olaraq 60x60 ölçülü 1180 kv.metr “kafel” yükü olduğu aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, **********7460 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 50x50 ölçülü, 1180 kv.metr “kafel” yükü deyil, 60x60 ölçülü 1180 kv.metr “kafel” yükü bəyan edildiyi halda gömrük ödənişlərinin məbləğinə təsir edib-etmədiyi, təsir etdiyi təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsinə məlumat verilməsi üçün Gömrük Prosedurları və Ödənişləri şöbəsinə göstəriş verilmişdir. xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, 34/013/021447 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq Bakı Baş Gömrük İdarəsinin “ipək Yolu” Gömrük Postundan daxil olmuş 34/024/020549 saylı xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, raportda qeyd edilən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 14B46310/14B46410 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********7460 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli GB ilə bəyan edilmişdir. Həmin yüklərə baxış zamanı 49 nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinə uyğun olaraq gömrük bəyannaməsində 50x50 ölçülü, 1180 kv.metr “kafel” yükü bəyan edildiyi halda, avtomobildə faktiki olaraq 60x60 ölçülü 1180 kv.metr “kafel” yükü olduğu aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, **********7460 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 50x50 ölçülü, 1180 kv.metr “kafel” yükü deyil, 60x60 ölçülü 1180 kv.metr “kafel” yükü bəyan edildiyi halda gömrük ödənişlərinin məbləğinə heç bir təsir göstərməmişdir. "Şəxs” MMC-nin nümayəndəsi X6 xx.xx.2020-ci il tarixli, 00100-1727/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh edilməklə 1000 manat məbləğində cərimə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1273/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1273/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver