Məhkəmə qərarları › İş №3(002)-1273/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1273/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1273/2025 05.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8, borclu Şəxs barəsində 05 iyun 2025ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)- 1790/2023 saylı, 03 iyul 2023-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1790/2023 saylı, 03 iyul 2023-ci il tarixli icra vərəqəsiniə əsasən iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonta tələbin könüllü icrası haqqında bildirişlə birlikdə cavabdehə göndərilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu indiyədək aliment borcundan onda olan məlumata görə heç bir ödəniş etməmiş, lakin təqdim etdiyi çeklərdən aydın olur ki, o cəmi 4500 manat ödəniş etmişdir. Lakin həmin ödəniş tələbkarın hesabına ödənilmədiyindən tələbkar tərəfindən aliment ödənişi kimi qəbul edilməmişdir. Buna görə də borclunun hal-hazıradək 4632 manat aliment borcu qalmaqdadır. İcra şöbəsində söhbət zamanı borclu aliment borcunu vaxtı-vaxtında qızının kart hesabına ödədiyini bildirmişdir. Bununla bağlı o tələbkarın qızı ilə mobil telefonla əlaqə saxlamış və onu icra şöbəsinə dəvət etsə də borclunun qızı icra şöbəsinə gəlməkdən imtina etmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında bildirmişdir ki, borclu sonuncu dəfə 05 mart 2025-ci il tarixdə qızının kartına 150 manat vurmuşdur. Ancaq o bu pulu aliment borcundan saymır, çünki pul onun kart hesabına yüklənməmişdir. Borclunun bu günə ödənilməmiş 4632 manat aliment borcu var. Borclunun təqdim etmək istədiyi 132 manatdan imtina edir və aliment borcunun tam şəkildə ödənilməsini xahiş edir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq borclunun barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərir. 2023-cü ildən bu günədək aliment borcunu vaxtı-vaxtında ödəmişdir. Belə ki, aliment ödənişi ilə bağlı ilk dəfə icra şöbəsində olarkən ona alimentin ödənilməsi izah edilmiş, o bundan sonra tələbkarla əlaqə saxlamış və tələbkarın razılığı ilə yetkinlik yaşına çatmış qızı Humayın kart hesabı ona verilmiş və bundan sonra hər ay aliment borcunu da ona ödəmişdir. Bu barədə ödəniş qəbzlərini də hal-hazıradək özündə saxlamışdır. Ümumilikdə bu günədək 4500 manat məbləğində aliment borcundan ödənişlər etmiş və hal-hazırda 132 manat aliment borcu qalmaqla onu da dərhal ödəməyə cəhd göstərsə də tələbkar həmin pulu götürməkdən imtina etmişdir. Ona görə də bu günə heç bir aliment borcu yoxdur. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış aliment borclarından xəbəri olmaqla icra sənədini tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 05 iyun 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən Şəxsnın ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, aliment borcundan bu günədək müəyyən ödənişlər etməsini, eləcə də izahatında qeyd etdiyi xüsusatların tam araşdırılmadığını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar