Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1276/2020 12.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X6 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2002/20 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinə daxil olmuş əməliyyat məlumatında Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34BYG896/34BYG870 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınan yükün XİFMN üzrə kodunun düzgün bəyan edilmədiyi bildirilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2020-ci il tarixdə “İpək Yolu” terminalında 34BYG896/34BYG870 nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsi ilə daxil olmuş mallara dair “Şəxs’’ MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********7833 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən netto çəkisi 8757 kq olan “alüminium ərintilərindən profillər” yükünün XİFMN üzrə ********** kod altında bəyan edildiyi müəyyən olunmuşdur. Sözügedən malların XİFMN üzrə kodunun dəqiqləşdirilməsi məqsədi ilə Mərkəzi Gömrük Ekspertizası idarəsinə 1400-013/0xx-xx/006999 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, Mərkəzi Gömrük Ekspertizası İdarəsindən Bakı Baş Gömrük idarəsinə daxil olmuş 2200-012/0xx-xx/004916 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən qeyd olunan malların bir qisminin XİFMN üzrə ********** kod altında, bir qisminin isə XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi məlum olmuşdur. Beləliklə, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “xxxx" MMC-nin ünvanına CMİ**********329 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan yük XİFMN-ə görə aşağıdakı kimi sinifləsdirilir: CMİ**********329 nömrəli invoys üzrə 1-3, 9-24, 29-34, 41,42, 49-59, 61,64, 69-71, 73-cü mövqeləri üzrə Soyuq çəkmədən sonra emala məruz qalmamış alüminium ərintisindən profillər 7604 29 900 9 XİF MN üzrə kodu, 4-8, 25-28, 35-40, 43-48, 60, 62, 63, 65-68, 72-ci mövqeləri üzrə İki alüminium və bir plastik kütlədən profillərdən ibarət konstruksiya 7610 90 900 0 XİF MN üzrə kodu ilə bəyan edilmişdir. Bununla da, Mərkəzi Gömrük Ekspertiza idarəsinin rəyinə əsasən malların yuxarıda cədvəldə göstərildiyi kimi sinifləsdirildivi təqdirdə “xxxx" MMC-nin 5849,30 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx" MMC **********7833 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 5849,30 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bildiririk ki, **********5658 sorqu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 6685,94 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə “xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1264/20 saylı is üzrə icraat başlanılmışdır, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs “xxxx" MMC barəsində 00100-1264/20 nömrəli is üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, Şəxs MMC mütamadi olaraq eyni və eynicinsli malları ölkə ərazisinə idxal etməklə məşğuldur. Malların XİF MN uyğun kodları bilirlər, qəsdən malların XİF kodlarını dəyişməklə gömrük ödənişlərindən yayınmışlar. Şəxs MMC tərəfindən bu cür hallara əvvəllərdə yol verilmişdir. Cari ildə MMC tərəflərindən eyni inzibati xəta törədilmiş, lakin vurulmuş ziyan aradan qaldırıldığından adı qeyd olunan MMC-nin barəsində başlanılmış işə xitam verilmişdir. Bütün təşkilatların olduğu kimi Şəxs” MMC-nin də zərurət olduğu halda idxal etdiyi malların gömrük bəyannaməsi tərtib edilib gömrük orqanına verilməsindən öncə malların XİF MN uyğun kodlarını müəyyən etmək üçün DGK-nin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət etmək hüququ və malların kodunun müəyyən etdikdən sonra malların bəyan edilə biləcəyi bildirmişdir. Hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də , Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 protokola etiraz edərək izahatında göstərmişdir ki, “Şəxs" MMC-nin ünvanına xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasından yük avtomaşını ilə profillər yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük idarəsində xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qeyd edilən mallar "Şəxs” MMC və “X7 Ve Pazarlama A.Ş.” şirkəti arasında bağlanmış 002 saylı xx.xx.2019-cu il tarixli müqavilə əsasında sifariş edilmişdir. Tərəflər arasında razılığa əsasən mallar Şəxs MMC tərəfindən təhvil alındıqdan sonra ödənişlər 90 gün müddətində “X7 Ve Pazarlama A.Ş.” şirkətinə ödəniləcəkdir. Həmin mallar Türkiyə Respublikasından göndərilmiş ixrac bəyannaməsi əsasında rəsmiləşdirilmiş, ixrac bəyannaməsində həmin malların kodu ********** göstərildiyindən qeyd edilən kod **********7833 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində elədə bəyan edilmişdir. Lakin, bunla bağlı Mərkəzi Gömrük Ekspertizası İdarəsi rəyində həmin malların bəyan edildiyi kimi ********** kod altında deyil, fərqli kod altında sinifləşdirildiyi qeyd olunmuşdur. Bununla bağlı bildirir ki, ixrac bəyannaməsində həmin malların kodu ********** göstərildiyindən MMC tərəfindən xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində də o cür bəyan edilmişdir. Bununla əlaqədar tərəflərindən gömrük ödənişləri ödənilsə də, hazırda hüquqi şəxs barəsində tərtib edilmiş protokolla razı deyil, ona görə də təmsil etdiyi hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, BBGİ-nin Əməliyyat və X3 şöbəsinə daxil olmuş əməliyyat məlumatında Türkiyə Respublikasından Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 25d ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına (VÖEN **********) 34BYG896/34BYG870 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınan yükün düzgün bəyan edilməməsi bildirilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2020-ci il tarixdə “ipək yolu” terminalında 34BYG896/34BYG870 nömrə nişanlı nəqliyyat vasitəsinin yüklərinə baxış keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid "Şəxs" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********7833 saylı, xx.xx.2020- ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində qeyd olunan netto çəkisi 8757 kq olan “Alüminium ərintilərindən profillər” yükünün ********** XİF MN kodu ilə bəyan edilməsi müəyyən olunmuşdur. Sözügedən yüklərin XİF MN üzrə kodunun dəqiqləşdirilməsi məqsədi ilə Mərkəzi Gömrük Ekspertiza İdarəsinə 1400-013/006- 25/006999 saylı, xx.xx.2020-ci il tarixli məktub ilə müraciət olunmuş və Mərkəzi Gömrük Ekspertiza idarəsindən daxil olan 2200-012/0xx-xx/004916 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən qeyd olunan yüklərin bir qisminin **********, bir qisminin isə ********** XİF MN kodu ilə bəyan edilməklə, 15% dərəcəli gömrük rüsumuna cəlb edilməli, yəni 5849,30 manat əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin əməliyyat müvəkkili, g/x-i leytenantı X9, idxalatçı "Şəxs" MMC-nin etibarnamə ilə nümayəndəsi X8 və hal şahidlərinin iştirakı ilə Türkiyə Respublikasından Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 25 d ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına (VÖEN **********) 34BYG896/34BYG9870 nömrə nişanlı nəqliyyat vasitəsinin yüklərinə baxış keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair "Şəxs" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********7833 saylı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində qeyd olunan netto çəkisi 8757 kq olan “Alüminium ərintilərindən profillər” yükünün ********** XİF MN kodu ilə bəyan edilməsi müəyyən olunmuşdur. Baxış bitdikdən sonra qeyd edilən mallar protokol əsasında araşdırma aparılan müddətə götürülmüş və “İpək yolu” terminalının 6-cı anbarına saxlanca verilmişdir. Baxış keçirilən zaman iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. "Şəxs” MMC-nin nümayəndəsi X8 xx.xx.2020-ci il tarixli, 00100-2002/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs "Şəxs" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1264/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iş üzrə verdiyi izahatını və iş materiallarını tədqiq edərək, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatını və gətirdiyi dəlilləri hüquqi şəxsin müdafiəsi kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilmədiyini və məsuliyyəti ağırlaşdıran hal kimi tərəfindən bir il ərizində həmin xətanın təkrarən törədilməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə yəni, 5849 (beş min səkkiz yüz qırx doqquz manat) məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1276/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1276/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver