Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1276/2025 10.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material baxılması üçün Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs qanunsuz olaraq narkotik maddənin istehlakı ilə məşğul olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X2 öz izahatında protokolu müdafiə edərək, təmin edilməsini xahiş etmiş və həmin protokolun 06 iyun 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar əsasında tərtib edildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin narkotik vasitədən Sahil qəsəbəsində istifadə etməsi qənaətinə gəlməsinə səbəb onun həmin qəsəbədə yaşaması olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edərkən isə o, Şəxs izahatını almamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, iş üzrə özünü təqsirli hesab edir. Narkotik vasitənin marixuana növündən Serbiya Respublikasında olarkən istifadə etmişdir. Post-patrul polisi tərəfindən Qaradağ rayonu ərazisində saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən də izahatı alınarkən narkotik vasitədən Serbiya Respublikasında olarkən istifadə etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından və işə əlavə olunmuş sənədlərdən (cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 iyun 2025-ci il tarixli qərardan) aydın olur ki, Şəxs narkotik vasitədən Serbiya Respublikası ərazisində istifadə etmişdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 101,102.5 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1276/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1276/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver