Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1277/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin barəsində İXM-nin 505-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 00100-2064/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə “İpək yolu” terminalında BBGİ-nin Əməliyyat və X1 şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin (VÖEN **********) ünvanına Türkiyə Respublikasının "X3 San. Ve Tic. LTD. ŞTİ"-dan 99NR144/99ZE344 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş "Şəxs" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********0473 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1,2,3,5,25-ci mal mövqelərində qeyd olunan ümumilikdə netto çəkisi 9733.07 kq olan “Alüminium ərintilərindən ici boş profillər” yükünün xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq təsnifat kodunun düzgün bəyan edilməməsi barədə əsaslı şübhələr yaranmışdır. **********0473 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyöun olaraq təsnifat kodunun düzgün bəyan edilib edilməməsinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertiza İdarəsinə 1400- 013/0.xx-xx/0070645 saylı, xx.xx.2020-ci il tarixli məktubla müraciət edilmiş və həmin məktuba cavab olaraq Mərkəzi Gömrük Ekspertiza İdarəsindən daxil olmuş 2200-012/0xx-xx/004991 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən REY**********869/70/71/72 nömrəli xx.xx.2020-ci il tarixli invoysun 1-6-cı mövqeləri üzrə idxal olunan yüklərin XİF MN-ə görə **********, 8, 11, 85, 87ci mövqeləri üzrə isə ********** saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur. Odur ki, bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və X2 şöbəsinə məlumat verilməsi üçün Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/026942 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/026993 saylı xx.xx.2020-ci il tarixli raportda “Şəxs ” MMC tərəfindən xx.xx.2020-cİ il tarixli **********0473 saylı Gömrük Bəyannaməsində 1,2,3,5,25-ci mal mövqelərində qeyd olunan yükün XİF MN-ə uyğun olaraq təsnifat kodu ilə əlaqədar Mərkəzi Gömrük Ekspertiza İdarəsindən daxil olmuş 2200-012/0xx-xx/004991 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən REY**********869/70/71/72 nömrəli xx.xx.2020-ci il tarixli invoysun 1-6-cı mövqeləri üzrə idxal olunan yüklərin XİF MN-ə görə **********, 8, 11, 85, 87-ci mövqeləri üzrə isə ********** saylı kod altında sinifləşdirildiyi halda həmin mallar üçün əlavə ödəniləcək gömrük ödənişlərinin məbləğinin idxal rüsumu üzrə 9999.70 AZN və ƏDV üzrə 1799.94 AZN olmaqla, ümumilikdə 11799.64 AZN təşkil etdiyi müəyyən olmuşdur. 2200-012/0xx-xx/004991 saylı xx.xx.2020-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 11799.64 manat əlavə ödəniş şirkət tərəfindən ödənmişdir. Həmçinin Şəxs MMC barəsində xx.xx.2020-ci il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100- 1997/20 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan inzibati material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-013/0xx-xx/007444 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilmiş və xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 11799.64 (on bir min yeddi yüz doxsan doqquz manat altmış dörd qəpik) manat gömrük ödənişləri məbləğinin 100% (yüz faiz) həddində, yəni 11799.64 (on bir min yeddi yüz doxsan doqquz manat altmış dörd qəpik) manatməbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1277/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1277/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver