Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1279/2020 12.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X4 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- «xxxx MMC») Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Bakı şəhəri, Nizami rayonu, Davud Aslan, ev 6,Ş mənzil 2 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Davud Aslan, ev 6, mənzil ünvanında qeydiyyatda olan “xxxx” MMC tərəfindən geodeziya sahəsində fəaliyyətdə istifadə olunan 980 kq qaynaq tikiş yeri olmayan yivlə təchiz olunmuş qazma borular, 105 kq. qaynaq tikiş yeri olmayan nümunə götürmə boruları, 20 kq. keçiricilər, 0.5 kq. stopor halqaları, 0.5 kq bürüncdən halqa, 14 kq. cöl və ic boru açarları, 61.5 kq. qazma alətləri , 15 kq. qazma baltaları və boruları, 5.5 kq. qaldırıcı asqılar , 8 kq. nasos ücün porşen yuvası, 2 kq. birləşdirici qurğuları olan barabana sarılmış elektrik kabel, 30 kq. nümunələr üçün ağacdan qutu yükləri **********7640 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və uzatma ərizələri əsasında xx.xx.2020-ci il tarixinədək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq “xxxx” MMC tərəfindən geodeziya sahəsində fəaliyyətdə istifadə olunan 980 kq qaynaq tikiş yeri olmayan yivlə təchiz olunmuş qazma borular, 105 kq. qaynaq tikiş yeri olmayan nümunə götürmə boruları, 20 kq. keçiricilər, 0.5 kq. stopor halqaları, 0.5 kq bürüncdən halqa, 14 kq. çöl və iç boru açarları, 61,5 kq. qazma alətləri, 15 kq. qazma baltaları və boruları, 5.5 kq. qaldırıcı asqılar, 8 kq. nasos ücün porşen yuvası, 2 kq. birləşdirici qurğuları olan barabana sarılmış elektrik kabel, 30 kq. nümunələr üçün ağacdan qutu yüklərinin müvəqqəti ixrac müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, geodeziya sahəsində fəaliyyətdə istifadə olunan 980 kq qaynaq tikiş yeri olmayan yivlə təchiz olunmuş qazma borular, 105 kq. qaynaq tikiş yeri olmayan nümunə götürmə boruları, 20 kq. keçiricilər, 0.5 kq. stopor halqaları, 0.5 kq bürüncdən halqa, 14 kq. çöl və iç boru açarları, 61.5 kq. qazma alətləri, 15 kq. qazma baltaları və boruları, 5.5 kq. qaldırıcı asqılar, 8 kq. nasos üçün porşen yuvası, 2 kq. birləşdirici qurğuları olan barabana sarılmış elektrik kabel, 30 kq. nümunələr ücün ağacdan qutu yüklərinin müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixində bitmiş, bitdikdən 1 ay 2 gün sonra xx.xx.2020-ci il tarixdə “xxxx” MMC həmin yükləri ixrac etmək məqsədilə **********9184 sorğu nömrəli ixrac bəyannaməsini Bakı Baş Gömrük İdarəsinə təqdim etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 protokolun dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirdi ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küç, ev 6, mənzil ünvanında qeydiyyatda olan “xxxx” MMC tərəfindən geodeziya sahəsində fəaliyyətdə istifadə olunan 980 kq qaynaq tikişyeri olmayan yivlə təchiz olunmuş qazma borular, 105 kq. qaynaq tikiş yeri olmayan nümunə götürmə boruları, 20 kq. keçiricilər, 0.5 kq. stopor halqaları, 0.5 kq bürüncdən halqa, 14 kq. çöl və iç boru açarları, 61.5 kq. qazma alətləri , 15 kq. qazma baltaları və boruları, 5.5 kq. qaldırıcı asqılar, 8 kq. nasos üçün porşen yuvası, 2 kq. birləşdirici qurğuları olan barabana sarılmış elektrik kabel, 30 kq. nümunələr üçün ağacdan qutu yükləri **********7640 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və uzatma ərizələriəsasında xx.xx.2020-ci il tarixinədək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq “xxxx” MMC tərəfindən geodeziya sahəsində fəaliyyətdə istifadə olunan 980 kq qaynaq tikiş yeri olmayan yivlə təchiz olunmuş qazma borular, 105 kq. qaynaq tikiş yeri olmayan nümunə götürmə boruları, 20 kq. keçiricilər, 0.5 kq. stopor halqaları, 0.5 kq bürüncdən halqa, 14 kq. çöl və iç boru açarları, 61.5 kq. qazma alətləri , 15 kq. qazma baltaları və boruları, 5.5 kq qaldırıcı asqılar, 8 kq nasos üçün porşen yuvası, 2 kq birləşdirici qurğuları olan barabana sarılmış elektrik kabel, 30 kq nümunələr üçün ağacdan qutu yüklərinin müvəqqəti ixrac müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı Babaşov Mərdan Mirzəağa oğlunun izahatı alınmışdır. O, verdiyi izahatında şirkət tərəfindən **********7640 sorğu nömrəli gömrük bəyannaməsi ilə geodeziya sahəsində fəaliyyətdə istifadə olunan yükləri Gürcüstan Respublikasında fəaliyyət göstərən “ATG” LTD şirkətinə geodiziya fəaliyyətini həyata keçirməklə bağlı müvəqqəti ixrac etdiklərini, lakin pandemiya olması, sərhədlərin bağlanması, iş fəaliyyətləri ilə bağlı müvafiq məhdudiyyətlər olması səbəbi ilə qarşı şirkətin fəaliyyətini yekunlaşdıra bilmədiyini və bu səbəbdən həmin yükləri geri qaytara bilməmişik. Bu səbəbdən həmin yüklər üzrə **********9184 sorğu nömrəli ixrac bəyannaməsi vermişik və alqı-satqı etmək niyyətindəyik. Gömrük qaydalarını pozduğumuzu qəbul etdiklərini bildirmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, geodeziya sahəsində fəaliyyətdə istifadə olunan 980 kq qaynaq tikiş yeri olmayan yivlə təchiz olunmuş qazma borular, 105 kq. qaynaq tikiş yeri olmayan nümunə götürmə boruları, 20 kq. keçiricilər, 0.5 kq. stopor halqaları, 0.5 kq bürüncdən halqa, 14 kq. çöl və iç boru açarları, 61.5 kq. qazma alətləri, 15 kq. qazma baltaları və boruları , 5.5 kq. qaldırıcı asqılar , 8 kq. nasos üçün porşen yuvası, 2 kq. birləşdirici qurğuları olan barabana sarılmış elektrik kabel, 30 kq.nümunələr üçün ağacdan qutu yüklərinin müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixində bitmiş, bitdikdən 1 ay 2 gün sonra xx.xx.2020-ci il tarixdə “xxxx” MMC həmin yükləri ixrac etmək məqsədilə **********9184 sorğu nömrəli ixrac bəyannaməsini Bakı Baş Gömrük İdarəsinə təqdim etmişdir. xx.xx.2020-ci il tarixli 00100-2087/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Babaşov Mərdan Mirzəağa oğlu xx.xx.2020-ci il tarixli 00100-2087/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 499.1.3-ci maddəsinə əsasən, mallar və ya nəqliyyat vasitələrinin bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, qeyd olunan yüklərin müvəqqəti ixrac müddəti xx xxxxxx 2020-ci il tarixində tarixdə bitsə də, lakin MMC tərəfindən 1 ay 2 gün sonra yəni xx.xx.2020-ci il tarixdə həmin yüklərin ixrac edilməsi məqsədilə müvafiq bəyannamə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında məsuliyyəti yüngülləşdirən hal kimi «xxxx» MMC-nin ilk dəfə inzibati məsuliyyətə cəlb olunması və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, «xxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4991.3-cü maddəsi ilə təqsirli bilinərək hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: «xxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2000 (iki min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1279/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1279/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver