Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1279/2024 17.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Qaradağ rayon DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respblikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs EQ 17240731 saylı inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilov X3 rayon məhkəməsinə protokola etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan VAZ 2101 minik markalı, 10VK953 nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu etibarnamə əsasında X1 vermişdir. X1 verdiyi etibarnamənin müddəti bitsə də sonuncu avtomobili öz adına rəsmiləşdirməmişdir. Bu səbəbdən də həmin nəqliyyat vasitəsini idarə etməməsinə baxmayaraq elektron qaydada tərtib olunmuş protokollar avtomobilin mülkiyyətçisi kimi onun adına yazılmışdır. Göründüyü kimi heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilənlərə əsasən tərtib olunmuş protokol əsassız olduğundan barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs VAZ 2101 MİNİK markalı, 10 VK-953 nömrə nişanlı avtomobilin mülkiyyətçisi kimi nəqliyyat vasitəsinə istifadə hüququnu notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında X1 vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan VAZ 2101 minik markalı, 10VK953 nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu etibarnamə əsasında X1 vermişdir. X1 verdiyi etibarnamənin müddəti bitməsinə baxmayaraq sonuncu avtomobili öz adına rəsmiləşdirməmişdir. Bu səbəbdən də həmin nəqliyyat vasitəsini idarə etməsə də elektron qaydada tərtib olunmuş protokollar avtomobilin mülkiyyətçisi kimi Şəxs adına yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş versə belə, bu inzibati xətada Şəxs hər hansı hərəkət və hərəkətsizliyi mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində İXP ******* saylı protokol əsasında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs həmin maddə üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1279/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1279/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver