Məhkəmə qərarları › İş №3(002)-128/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-128/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-128/2025 05.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1, Azərbaycan Respublikası Baş X7 İdarəsinin X6 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş X7 İdarəsinin X6 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 23 noyabr 2024-cü il tarixdə saat 00:50 radələrində idarə etdiyi “Kia Cerato” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avomobillə Bakı şəhəri Kənar Dairəvi yol 5-ci km ilə hərəkətdə olduğu zaman X6 Xidmətinin inspektoru X3 idarə etdiyim avtomaşını saxlamağım barədə durma işarəsi verdiyindən avtomaşını Balcı şəhəri Kənar Dairəvi yol 5-ci km ərazisində saxlayaraq durma İşarəsinin nə səbəbdən verməsini soruşmuşdur. Yol patrul xidməti əməkdaşı Nurlan Məmmədov guya onun işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsini əsas gətirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 342.2.2-ci maddələrinin tələblərini pozduğunu bildirmişdir. O, inzibati.xəta törətmədiyini aşağı duman əleyhinə olan işıq cihazlarının tam qanunauyğun olmasını ona bildirsə də, polis əməkdaşı buna məhəl qoymadan barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etdi. Halbuki mən nəqliyyat vasitəsinə heç bir qanundankənar işıq cihazından istifadə etməklə heç bir qayda pozuntusu etməmişdir və həmin polis əməkdaşı ona qarşı heç bir əsası olmadan saxlatdırmış və heç bir xüsusi texniki vasitə və ya müayinə ilə yoxlamadan inzibati protokol tərtib etmişdir. Həmin protokola 23 noyabr 2024-cü il tarixdə ona qanunamüvafıq qaydada heç bir məlumat vermədən baxılaraq İXM-nİn 329.3-cü və 342.2.2-ci maddələrinə əsasən 150 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar ona rəsmi şəkildə göndərilməmişdir. Qərarı 04 yanvar 2025-cİ il tarixdə BDYPİ-nə gedərək almışdır. Heç bir inzibati xəta törətmədiyindən barəsində səbəbsiz yerə qərar qəbul edildiyindən 23 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Azərbaycan Respublikası Baş X7 İdarəsinin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X2 barəsində tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X2 barəsində qəbul edilmiş qərarda inzibati xətanın konkret olaraq nədən ibarət olması qeyd edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasında qeyd edilmiş halların, yəni hansl normativ tələblər pozulmasını müəyyən etməkdən müvafiq mütəxəssis rəyi alınmadan əsassız olaraq X2 barəsində inzibati qərar qəbl edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 329.3 və 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş X7 İdarəsinin Ekolgiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 23 noyabr 2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar