Məhkəmə qərarları › İş №3(002)-1280/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1280/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1280/2025 30.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X1, Qərardan şikayət verən şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə ona 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın verilməsilə əsas olaraq onun işə götürən olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin, qərargah bölüyünün, hərbiləşdirilmiş mühafizə bölməsinin, 4-cü növbənin atıcı mühafizəçisi mülki işçi X6 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək N nömrəli hərbi hissənin ərazisində növbədə olduğu zaman xx.xx.2025-ci il tarixdə saat 05:40 radələrində təyin olunmuş marşurut üzrə hərəkət edərkən şəxsi ehtiyatsızlığından müvazinətini itirərək yıxılması nəticəsində “sağ kürək nahiyəsinin əzilməsi” ilə bağlı Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məlumatı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsində araşdırma aparıldığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəii qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalan”nın 1.2-ci bəndində nəzərdə tutulan hallarda işçilərin səhhətinin pozulması qeyd edilmişdir. Hesab edir ki, inzibati xətanın törədilməsinə dair qərar qanunsuz və əsassız olduğundan qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və müvafiq münasibətləri tənzimləyən sahə və qanunvericilik aktlarının normalarına və təməl prinsiplərinə tamamilə uyğun olmadığından ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsi Azərbaycan Respublikası ərazisində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsinin və uçota alınmasının vahid qaydasını müəyyən edir. Belə ki, AR Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı Qərarı ilə “İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” təsdiq edilmişdir. Bu qaydalar fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə tətbiq edilir. Həmçinin, bu qaydalar, müəssisə yaradılmadan əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikası səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir, o cümlədən işəgötürənin xammalından (materialından) istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Eyni zamanda, bu qaydalar dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla (əgər göstərilən aktlarla həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütövlüklə əhatə olunmayıbsa), istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmə hökmlərinin icrası yerində işləyən məhkumlara, təbii fəlakətin nəticələrini qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərə şamil edilir. İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi aşağıdakı hallarda aparılır: -əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin işəgötürənin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; -müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatlarda işə gedərkən yaxud işdən qayıdarkən; -müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; -keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; -işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirlməsinə cəlb edildiyi müddətdə; -istehsal avadanlıqları və obyektlərində qəza zamanı; -növbə istirahətində olan işçilər (bələdçi, refricerator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipac üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; -işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ictimai nəqliyyatda yaxud piyada gedərkən), həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin) tapşırığını yerinə yetirərkən fəaliyyət göstərdikləri müddətdə; -işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrinin şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; -əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirdikdə, yaxud o öldürüldükdə; -əmək vəzifələrini yerinə yetirərkən itkin düşmələr, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurmalar, yanmalar, donmalar, suda boğulmalar, ildırım vurmalar, heyvan və həşaratlarla təmas nəticəsində dəymiş zədələnmələr, həmçinin təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı. Formasından və növündən asılı olmayaraq istehsalatda baş vermiş bədbəxt hadisələr üçün işəgötürən məsuliyyət daşıyır. Eyni zamanda, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar işçinin xəsarətlə və ya ölümü ilə nəticələndikdə hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:

1. Təbii ölüm (yalınz məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiqlənir);

2. Özünə qəsd, intihar hadisələri və cinayət törədərkən (hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilməlidir);

3. Şəxsi məqsədlər üçün hər hansı bir işlə məşğul olarkən;

4. Dəniz istehsalat obyektlərində çimərkən;

5. Balıq ovlayarkən (əgər əmək fəaliyyəti ilə bağlı deyilsə);

6. İşçilərin öz təşəbbüsü ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirilərkən;

7. Texniki spirtlərin, narkotik və digər bu cür maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoqol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult, astiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikrin dumanlanması səbəblərindən baş vermiş bədbəxt hadisələr. Bədbəxt hadisə baş verdikdə hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri işəgötürənə dərhal məlumat verməlidirlər. İşəgötürən isə işçiyə ilk tibbi yardımın göstərilməsini, onun tibb hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa borcludur. İstisna olaraq qeyd etmək lazımdır ki, əgər bu vəziyyət ətrafdakılara ziyan yetirmirsə onda işəgötürən tərəfindən saxlanmalıdır. Baş vermiş hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq, işəgötürən hadisə barədə bölgə və yaxud da birbaşa X10 (bundan sonra DƏM), X14 X3 və Dağ-Mədən Nəzarəti Komitəsinə (əgər hadisə bu komitənin nəzarətində olan obyektlərdə baş vermişdirsə) məlumat verməlidir. Həmçinin, məlumat, yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər həmkarların üzvüdürsə) telefonla və yaxud da teleqrafla verilir. Eyni zamanda, işçiyə tibbi yardım göstərmiş tibb idarələri bu hadisə barədə DƏM-əmlak münasibətləri məlumat verməlidirlər. Hadisə baş verdikdə işəgötürən bədbəxt hadisənin tədqiqatını vaxtında aparılmasını, tədqiqatın aparılmasına, şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin baş vermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirlməsinə cavabdehdir. Bədbəxt hadisələrin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, Respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqlarının şifahi məlumatları ola bilər. Bu məlumatlar araşdırılır və lazım olan hallarda komissiya yaradılır. Ağırlıq dərəcəsindən asılı olmayaraq, bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı DƏM-in rəisinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu halda) bədbəxt hadisələrin (qəzaların) təhqiqatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır. Baş vermiş bədbəxt hadisələrin təhqiqat komissiyası tərəfindən 20 gün müddətində aparılır və xüsusi təhqiqat aktı tərtib edilir. İşəgötürən hər ilin sonunda İZ formalı aktlara əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş formalarda istehsalatda bədbəxt hadisələr nəticəsində zərərçəkənlər haqqında hesabat tərtib edir. İşəgötürən istehsalatda baş vermiş bədbəxt hadisənin səbəblərinin təhlili, onların sex və digər bölmələrin əmək kollektivlərində müzakirəsini, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə borcludur. Azərbaycan Respublikası üzrə bədbəxt hadisələrin uçotu müəssisələrdə, X8, Dövlət Statistika Komitəsində aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı Qərarına uyğun olarq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilmiş və müvafiq araşdırma aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş şəxslər barəsində tənbeh tətbiq olunarkən onların Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır. O, polkovnik X11, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, xx.xx.2000-ci il tarixdən bu günə qədər Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçir. Xidməti dövründə ona iki dəfə növbədən kənar hərbi rütbə verilmişdir. Azərbayan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Baş naziri və Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən aşağıdakı ordeni və medalları ilə təltif olunmuşdur: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley” medalı; “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley” medalı; “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley” medalı; “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal; “Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal; “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal; “İgidliyə görə” medalı; “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal; “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal; “Hərbi xidmətdə fərqlənməyə görə” 1 -ci dərəcəli medal; Azərbaycan Respublikasının “Qarabağ” ordeni; “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı; “Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı; “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikası medalı; “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı. Yuraxıda qeyd olunanları nəzərə alaraq və AR İXM-nin 38, 53.1.6, 135.1.5-1 128-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarını ləğv edəsiniz. Məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin nümayəndəsi X9 şikayətə əlavə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN1870777 nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə N nömrəli hərbi hissə komandiri X11 barəsində Azərbaybaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə 1000 (bir min) manat cərimə tətbiqi qərara alınmışdır. Vətənə xidməti, sədaqəti və qanunlara hörmət prinsipini daim rəhbər tutan, Vətənə xidməti Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən müxtəlif orden və medallarla qiymətləndirilən bir vətəndaş, hərbi qulluqçu kimi yuxarıda qeyd edilən qərar mənim üçün qanunsuz və əsassız qəbul edildiyi əsası ilə tərəfimdən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət təqdim edilmişdir. X13 Məcəlləsinin (bundan sonra - İXM) 198.1.7-ci maddəsi ilə təqsirləndirildiyim inzibati xəta hadisəsi olmadığına görə İXM- in 53.1-ci və 53.2-ci maddəsinə əsasən, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,Əmək Müfəttişliyi Xidməti barəmdə “İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə” görə inzibati tənbehvermə haqqında qərar qəbul etməyinə baxmayaraq, işçilərin əməyin mühafizəsi, qünvurma və sairə ilə əlaqədar nüanslar üzrə mütəmadi təlimatlandırılması həyata keçirilmiş və buna dair işçilərin imzası ilə təsdiq etdikləri təlimat jurnalları də mövcuddur. Adıçəkilən təlimat jurnalları iş materiallarında mövcuddur, onların Əmək Müfəttişliyinin nümayəndəsinə də təqdim edilməsinə baxmayaraq, nümayəndə bu detalı nəzərə almaqdan imtina etmiş və açıq-aşkar qərəzli şəkildə heç bir əsas olmadan barəmdə İXM-in 198.1.7-ci maddəsi ilə cərimə tətbiqini qət etmişdir. Digər tərəfdən, qeyd edilən maddənin sanksiyasında 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulmasına baxmayaraq, Müfəttişliyin birbaşa ən yuxarı məbləği - 1000 manatı tətbiq etməsi də onun qərəzli mövqeyinin təzahürüdür. Eyni zamanda X12 Xidməti tərəfindən kobud prosedur pozuntularına da yol verilmişdir. Belə ki, Hərbi hissənin işçisi X7 müvazinətini itirərək öz şəxsi ehtiyatsızlığından yıxılması xx.xx.2025-ci il tarixdə bas vermişdir: (hadisə baş verən gün dərhai hərbi hissənin nümayəndəsi tərəfindən 142 Çağrı Mərkəzinə məlumat verilmişdir, təəssüf ki, bu nüansı Müfəttişlik qiymətləndirməmiş, qeyd edilən hadisə baş verdikdən aylar sonra - xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol qəbul edilmişdir Halbuki İXM-in 101.1 və 101.2-ci maddələrinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin haliarınır), eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Göründüyü kimi, qanunun tələbinə əsasən, inzibati xəta haqqında protokol “xəta ’nın aşkar edildiyi vaxtdan ən geci 2 gün ərzində tərtib editə bitəcəyi halda, İXM-in 198.1.7-ci maddəsi üzrə inzibati xəta haqqında protokol 3 aydan artıq vaxt keçdikdən sonra tərtib edilmişdir. Bu da Müfəttişlik tərəfindən kobud qanun pozuntusuna yol verildiyinə dəlalət edir.Digər tərəfdən, adıçəkilən 13,05.2025-ci il tarixli MN2339423 nömrəli inzibati xəta haqqında protokol ona təqdim olunmamış, münasibət bildirməyimə şərait yaradılmamış, eyni zamanda mehkəmədə iş materiallarında da əlavə edilməmişdir. Mənim inzibati xəta haqqında protokolun mövcudluğundan yalnız hazırda mübahislənədirdiyim inzibati tənbehvermə haqqında qərarı aldıqdan sonra məlumatım olmuşdur {həmin qərarda protokola istinad edilmişdir).Halbuki İXM-in 100.3-cü və 100.4-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.Beləliklə, yuxarıda qeyd edilənlər təlimat jurnallarının mövcudluğu və s. inzibati xəta hadisəsinin və inzibati xəta tərtkibinin olmamasını göstərməklə, X11 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini şərtləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X2 qərarı müdafiə edərək şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və yenidən araşdırma aparılması üçün həmin inzibati orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilməsininəsası kimi “İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi qeyd edilmişdir.Lakin şikayət verən şəxs tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş sənədlərdən görünür ki, “İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməsi ilə bağlı işçilərin imzası ilə təsdiq etdilən təlimat jurnalları mövcud olmuşdurr.Buna baxmayaraq inzibati araşdırmanı aparan orqan bununla əlaqədar subutlara qiymət vermədən ətraflı araşdırmamış və X11 barəsində inzibati tənbeh tətbiq etmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti barəsində inzibati xəta hqqında iş üzrə icraat aparlan şəxsi inzibati araşdırmaya dəvət etməmiş, onun izahatını almamış və onun iştirakı olamadan inzibati xəta haqqında protkol tərtib etmiş, inzibati xəta haqqında protokol sonuncuya təqdim edilməmiş və bununla da inzibati qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci tarixli qərarın qəbul edilməsi zamanı pozuntulara yol verildiyindən qərar ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

X5 inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti qismən təmin edilsin. Bakı şəhəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar