Məhkəmə qərarları › İş №3(002)-1281/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1281/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1281/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 505-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 505-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 00100-1740/20 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Rusiya Federasiyasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs-nin ünvanına 90ZX524 qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********1230 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannəməsi ilə bəyan edilən mallara xx.xx.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı 90ZX524 qeydiyyat nişanlı avtomaşınla daxil olmuş yüklərlə aid gömrük orqanına təqdim olunmuş **********1230 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan yüklərdən əlavə gömrük orqanına bəyan edilməyən, heç bir mal-müşayiət sənədində qeyd edilməyən 63 qutu “X2” nişanlı kapsul kofe və gömrük orqanına mənşə ölkəsi düzgün bəyan edilməyən İsveçrə mənşəli 38 ədəd “İqos” nişanlı elektron siqaret müşdüyü aşkar olunmuşdur. 00100-1740/20 nömrəli materialın araşdırılması üzrə qeyd olunan malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 63 qutu “X2” nişanlı kapsul kofe və gömrük orqanına mənşə ölkəsi düzgün bəyan edilməyən İsveçrə mənşəli 38 ədəd “İqos” nişanlı elektron siqaret müşdüyünun xx.xx.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xx-xx/006394 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 09/3165 saylı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş gömrük orqanına bəyan edilməyən 63 qutu üzərində “X3” markalanma göstəricisi olan kapsul kofenin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti 1008 manat və mənşə ölkəsi düzgün bəyan edilməyən İsveçrə mənşəli 38 ədəd “İqos” nişanlı elektron siqaret müşdüyünun isə orta bazar qiyməti 8360 manat müəyyən edildiyi qeyd edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/3165 saylı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində Şəxs tərəfindən gömrük orqanına təqdim olunmuş **********1230 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 60-cı mal mövqeyi ilə mənşə ölkəsi “Rusiya Federasiyası” kimi bəyan olunan ekspertiza tədqiqatına təqdim edilmiş “İsveçrə” mənşəli 38 ədəd “İqos” nişanlı elektron siqaret müşdüyünün təxminən orta bazar qiyməti 8360 manat olduğu təqdirdə əlavə gömrük ödənişlərinin yaranıb-yaranmayacağı barədə Əməliyyat və X1 şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/026609 saylı xx.xx.2020ci il tarixli raportla müraciət olunmuş, alınmış cavab 34/012/027037 saylı xx.xx.2020-ci il tarixli raportunda Şəxs tərəfindən gömrük orqanına təqdim olunmuş **********1230 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 60-cı mal mövqeyi ilə mənşə ölkəsi “Rusiya Federasiyası” kimi bəyan olunan ekspertiza tədqiqatına təqdim edilmiş “İsveçrə” mənşəli 38 ədəd “İqos” nişanlı elektron siqaret müşdüyünün təxminən orta bazar qiyməti 8360 manat olduğu təqdirdə yaranacaq əlavə gömrük ödənişləri idxal rüsumu üzrə 120, ədv üzrə isə 453 manat, cəmi isə 573 manat təşkil edəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsindəAzərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin az miqdarda bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeydinə əsasən gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Araşdırma nəticəsində, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs **********1230 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində orta bazar qiyməti 1008 manat olan 63 qutu üzərində “X3” markalanma göstəricisi olan kapsul kofeni gömrük orqanına bəyan etmədiyi və 38 ədəd “İqos” nişanlı elektron siqaret müşdüyünün mənşə ölkəsini düzgün bəyan etməyərək 573 manat gömrük ödənişindən yayaındığı müəyyən edilmişdir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs-yə və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs-nin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 8360 manatın 50 % (əlli faizi) həddində, yəni 4180 (dörd min yüz səksən) manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Şəxs -dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlıqı Agentliyi, KOD 210005, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar