Məhkəmə qərarları › İş №3(002)-1281/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1281/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1281/2025 17.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu, "xxxx" MMC-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 28265906 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, M ü ə y y ə n e t d i m: "xxxx" MMC Baş Dövlət Yol Polisi İdarəsinin EQ 28265906 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Baş Dövlət Yol Polisinin mübahisələndirilən EQ 28265906 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X1 İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin yuxarıda qeyd olunan qərarından şikayət vermə hüququ olmadığından "xxxx" MMC tərəfindən verilmiş ərizəyə mahiyyəti üzrə baxılması mümkün deyil. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: "xxxx" MMC-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 28265906 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar