Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1282/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində İXM-nin 505-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 00100-1836/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İran İslam Respublikasından Kürdəmir rayonu, Yenikənd ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 42BP869/42ZA359 nömrəli avtomaşınla, 2020/161/2 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********7703 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/0xxxx/003919 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 2020/161/2 saylı xx.xx.2020-ci il tarixli invoysun üzrə idxal olunan yüklər XİF MN üzrə ********** saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur. Beləliklə, **********7703 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş yüklərin XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi təqdirdə " Şəxs " MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 1724.31 azn, ƏDV üzrə 310.37 azn təşkil edir. 2200-012/0xx-xx/003919 saylı xx.xx.2020-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 2034.68 manat əlavə ödəniş şirkət tərəfindən ödənmişdir. Həmçinin Şəxs MMC barəsində xx.xx.2020-ci il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-1225/20 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən iş üzrə icraata xitam verilmiş və həmçinin İXM-nin 505-ci madəsi üzrə 00100-1599/20 saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunan inzibati material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-013/0xx-xx/007487 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilmiş və xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 öz izahatında şirkətin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 2034.68 (iki min otuz dörd manat altmış səkkiz qəpik) manat gömrük ödənişləri məbləğinin 100% (yüz faiz) həddində, yəni 2034.68 (iki min otuz dörd manat altmış səkkiz qəpik) manatməbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1282/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1282/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver