Məhkəmə qərarları › İş №3(002)-1282/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1282/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1282/2024 16.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, xx xxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* saylı 10 aprel 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs “VAZ 2101 minik” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 26 iyun 2023-cü il tarixdə EQ 15312211 saylı protokol tərtib edilmişdir. Həmin protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, mülkiyyətində olmuş “VAZ 2101 markalı” ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili 2008-ci ildə otuz il müddətinə etibarnamə əsasında satmışdır. 2022-ci il tarixdə həmin avtomobili X1 bir il müddətinə vermiş, etibarnamənin qüvvədə olduğu müddətin bitməsinə baxmayaraq həmin şəxs tərəfindən avtomobil ona qaytarılmamışdır. Bununla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmiş və həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilsə də hal-hazıradək avtomobil tapılaraq ona təhvil verilməmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və Şəxs izahatını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 24 oktyabr 2023-ci il tarixli, 3-13-16/2-10-135541 saylı məktubunun surətindən də aydın olur ki, həqiqətən də “VAZ 2101 markalı” ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuş və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi qeyd edilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan inzibati xəta hadisəsi Şəxs tərəfindən törədilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbindən aydın olur ki, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 10 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar