Məhkəmə qərarları › İş №3(002)-1283/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1283/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1283/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin barəsində İXM-nin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-1873/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən aydın olur ki, XGP şöbəsindən daxil olmuş 34/012/018030 saylı xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda qeyd edilən Bakı şəhəri, Xətai rayonu, Nobel pr. Ev 2231/2232-ci məhəllə ünvanında yerləşən Şəxs MMC tərəfindən 1 ədəd toxalayıcı və yolbasan maşınlar(Vibrasialı (HAMM CYLİNDER) model:3516, mühərrik 11378870, zavod H1762032, itehsal ölkəsi Almaniya) yükü **********4645 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və uzatma ərizələri əsasında xx.xx.2020-ci il tarixinədək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən 1 ədəd toxalayıcı və yolbasan maşınlar(Vibrasialı (HAMM CYLİNDER) model:3516, mühərrik 11378870, zavod H1762032, itehsal ölkəsi Almaniya) yükünün müvəqqəti ixrac müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 1 ədəd toxalayıcı və yolbasan maşınlar(Vibrasialı (HAMM CYLİNDER) model:3516, mühərrik 11378870, zavod H1762032, itehsal ölkəsi Almaniya) yükünün müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixində bitmiş, bitdikdən 2 ay 28 gün sonra xx.xx.2020-ci il tarixdə **********5247 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsində göstərilir ki, bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir Həmin Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : ünvan 2 məhəllə ünvanında qeydiyyatda olan Şəxs MMC, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar