Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1283/2021 18.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ Lökbatan qəsəbəsi, 4-cü massiv, 70 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş 18 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 oktyabr 2021-ci il il tarixdə saat 14:00-da Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin inzibati binasında ictimai qaydanı pozaraq hüquq mühafizə orqanlarını söyüb təhqir edərək Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 18 oktyabr 2021-ci il il tarixdə, günorta saatlarında Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin inzibati binasında ictimai qaydanı pozaraq hüquq mühafizə orqanlarını söyüb təhqir etmişdir. Tərəflərindən dəfələrlə xəbərdar edilməsinə baxmayaraq o, qanunsuz hərəkətlərini davam etdirmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, içkili vəziyyətdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin qarşısından keçərkən bir qadının müharibə qazilərini söyməsini görmüş, bundan sonra həmin qadınla aralarında mübahisə yaranmış, nəticədə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bundan sonra polis bölməsinə dəvət olunmuş və orada izahatı izahat verməsi bildirilsə də, o izahat verməkdən imtina etmişdir.. O, heç kəsi söyüb təhqir etməmiş, ona görə də, barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi Nizami Novruzova ünvanlanmış 18 oktyabr 2021ci il tarixli raportdan görünür ki, 18.10.2021-ci il tarixdə saat 14:00 radələrində xidmətdə olan zaman, Lökbatan qəsəbəsi, 4-cü massivdə yaşayan, 1984-cü il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə 10-cu Polis Bölməsinin qarşısında təhqiramiz söyüşlər söyməyə başlamışdır. Bu fakt PB-yə müraciət üçün gələn vətəndaşların narazılığına səbəb olmuş, həmin şəxsə bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin Şəxs deyilənlərə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirmiş və uca səslə və nümayişkarcasına PB-nin əməkdaşlarını və onu əvvəllər inzibati həbs edən məhkəmə orqanlarını nalayiq söyüşlərlə təhqir etmişdir. Raport üzrə aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur. 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində PB-də aparılan inzibati icraat ilə əlaqədar dəfələrlə ona öz hüquq və vəzifələri izah edilsə də, izahat verməkdən və icraat müddətində müdafiəçinin iştirakından imtina etmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 18 oktyabr 2021-ci il tarixli, 2/15065 nömrəli tibbi müayinə protokoldan görünür ki, Şəxs orta alkoqol sərxoşluğu olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 3(002)-1023/2021 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən 01 ay müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə protokol tərtib etmiş şəxsi və barəsində icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs işi üzrə verdiyi izahatını və iş materiallarını tədqiq edərək, hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını və dəlillərini özünü müdafiə kimi qiymətləndirir və qəbul etmir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmadığını və məsuliyyətini ağırlaşdıran hallar kimi eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərizində təkrar törətməsini (İXM- 33.1.2), inzibati xətanı sərxoş halda törətməsini (İXM-33.1.7) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 18 oktyabr 2021-ci il tarixdən saat 16:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 18 oktyabr 2021-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1283/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1283/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver