Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1284/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X6 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- “xxxx” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəməyə vəsatətlə müraciət edərək, “xxxx” MMC-nin hüquqi ünvanının ünvan 1 yerləşdiyindən inzibati materialın aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 vəsatətinin təmin edilməsinə və inzibati materialın aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, hüquqi şəxs “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 yazılı vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, vergi ödəyicilərinin məlumatları barədə portal çıxarışından görünür ki, “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən Bu məcəllənin 110-cu maddəsinə əsasən müvafiq olaraq işin aidiyyati üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 vəsatəti əsaslı olduğundan təmin edilməli və “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112.4, 114 və 118-ci -cü madələrini rəhbər tutaraq QƏRARA ALDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1284/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1284/2020
26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver