Məhkəmə qərarları › İş №3(002)-1284/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1284/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1284/2025 13.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X20 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X18 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X1 xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Sement zavodunda ölümü ilə nəticələnən bədbəxt hadisənin araşdırılması zamanı mərhum X8 və onun atası X9 hüquqi şəxs Şəxs direktoru X14 tərəfindən əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş ƏƏSMN yanında X20 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X26 protokolu müdafiə edərək bildirdi ki, X1 xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Sement zavodunda ölümü ilə nəticələnən bədbəxt hadisənin araşadırılması zamanı məlum olmuşdur ki, mərhum X8 və onun atası X9 hüquqi şəxs Şəxs direktoru X14 tərəfindən əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2024-cü il tarixdə, saat 16:30-da Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Şəxs direktoru X14 bildirdi ki, X10 və X3 tanıyır. Belə ki, həmin şəxslərlə qonşuluqda yaşayırlar. Həmin şəxsləri zavodda iş görülməsi üçün dəvət etməmişdir. Hadisədən iki gün öncə zavodda elektrik naqillərinin bərpası ilə bağlı "xxxx" ASC-nin Qaradağ rayon şöbəsinə müraciət etmişdir. Onun müraciəti Ramazan Məmmədli tərəfindən qeydə alınmışdır. Bundan sonra həmin şəxslər elektrik naqillərinə baxış keçirmək üçün zavoda gəlmişlər. Lakin həmin günü güclü yağış yağdığından işlər yarımçıq qalmış, iki gün sonra yarım qalan işləri bitirmək üçün həmin şəxslər özləri gəlmişlər. Həmin şəxslərin "xxxx" ASC-nin Qaradağ rayon şöbəsinə müraciəti əsasında idarə tərəfindən zavoda təhkim olunduqlarını, heç kimi müqavilə olmadan işlərin görülməsinə cəlb etmədiyini bildirmişdir. Hüquqi şəxs barədə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X11 bildirmişdir ki, o, "xxxx" ASC-nin Qaradağ rayon şöbəsində işləyir. Evdə olan zaman məhrum oğlu ona zəng etmiş, şirkətlərin birində olan işlə bağlı bərabər getmələrini bildirmişdir. Onlar orada elektrik naqillərində baş vermiş nasazlığı aradan qaldırmaq üçün getmişlər. Qarabağ-And MMC-də onları montyor qarşılamış, elektrik naqillərinə baxış keçirmişlər. Ertəsi gün isə yarım qalan işlərini bitirmək üçün getmişlər, partlayış səsi gəlmiş, oğlu qışqırmış, lakin onu xilas etmək mümkün olmamışdır. Suallara cavab olaraq bildirmişdir ki, oğlunun dəfn xərclərini qarşılamaq isrəyən şirkətə razılıq verməmişlər. Bundan əlavə qeyd etmişdir ki, nə onun nə də məhrum oğlunun "xxxx" MMC ilə əmək müqavilələri olmamış, MMC-nin Adnan adlı direktorunun dəvəti əsasında oraya getmişlər. İşə əlavə olunmuş əmək müqaviləsi bildirişdən görünür ki, X14 xx.xx.2024-cü il tarixdən Qarabağ-AND MMC-nin direktor vəzifəsini icra edir. İşə əlavə olunmuş X2 izahatından görünür ki, o, Azərışıq ASC-də Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən stansiyada SƏB üzrə elektrik montyoru vəzifəsində çalışır. Növbəli iş qrafiki ilə işləyir. xx.xx.2024-cü tarixdə istirahət günü olduğundan evdə olmuş, həmin vaxt oğlu ona zəng edərək dostuna kömək lazım olduğunu bildirmişdir. Bundan sonra birlikdə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən AND sement zavoduna getmişlər. Orada iş görən zamanı elektrik naqillərinin bərpası həyata keçirilərkən səs eşitmiş, partlayış olduğunu görmüşdür. Hadisə nəticəsində oğlunu elektrik cərəyanı vurmuş və o, vəfat etmişdir. Ona verilmiş suallara cavab olaraq zavoda iş görülməsi üçün oğlunun tanışı olan zavodun iş icraçısı Ədnan adlı şəxs tərəfindən çağırıldıqlarını, bununla bağlı Azərişıq tərəfindən hər hansı bir tapşırıq almadıqlarını, həmin zavodda rəsmi olaraq işləmədiklərini, daha öncədən xx.xx.2024-cü il tarixdə işlərin görülməsi üçün zavoda getdiklərini, işləri yarımçıq qaldığı üçün xx.xx.2024-cü il tarixdə təkrar getdiklərini, hadisə baş verən günü oğlunun Azərişıqda iş saatının bitdikdən sonra zavoda getdiklərini bildirmişdir. İşdə olan Azərişıq ASC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan xx.xx.2024cü il tarixli, 13-13/2-1/23-16912/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinin 30 oktyabr 2024-cü il tarixli, 3-17-5/2-77078/2024 nömrəli məktubuna cavab olaraq "xxxx" ASC-nin Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin Qobustan sahəsinin SƏB üzrə elektrik montyoru X1 xx.xx.2024-cü il tarixində, saat 16:30 radələrində işdən çıxaraq atası Məmmədov Fərhadın xahişi ilə Qobustan qəsəbəsində yerləşən Andsement zavoduna gəlib iş görən zamanı gərginliyin təsirinə məruz qalaraq ölümü ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün yaradılacaq təhqiqat komissiyasın tərkibinə "xxxx" ASC tərəfindən nümayəndənin daxil edilməsi barədə müraciətə baxılmış, bununla əlaqədar olaraq təhqiqat komissiyasının tərkibinə "xxxx" ASC tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin aparıcı mühəndisi X15 və X7 aparıcı mütəxəssisi X19 nümayəndə qismində daxil edilməsi təklif olunmuşdur. İşə əlavə olunmuş 142 çağrı mərkəzinə müraciətdən görünür ki, 20 saylı TTTYS-nin həkimi tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında müraciət edilərək xx.xx.2024-cü il tarixində, saat 16:32 radələrində istehsalatda bədbəxt hadisə baş verməsi, Qobustan qəsəbəsində sement zavodunda Azərelektrikin işçisi, elektrik vəzifəsi üzrə çalışan əməkdaşı X4 (d/t xx.xx.1996-cı il) əmək funksiyalanının icrası zamanı elektrik cərəyanı vurması nəticəsində vəfat etməsi barədə məlumat verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X36 "Respublika Təcili Və X30 Yardım Mərkəzi" X29 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinin 30 oktyabr 2024-cü il tarixli, 3-17-5/2-77172/2024 nömrəli sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixində, saat 16:32-də "Respublika Təcili və X13 Mərkəzi" X31 Mərkəzi Çağrı Xidmətinə (103) Qaradağ rayonu, Qobustan qəsəbəsi, Sement zavodunun özünə ünvanından naməlum kişinin adına "tok vurub" səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Qaradağ TTTYS bölməsinin həkimi Namiq Misirov icra edərək, ünvanda X6 (28 yaş) məxsus meyit ilə rastlaşmış "Həkimə qədər ölüm. Kişi cinsli meyit (atasının deməsinə görə oğlunu yüksək gərginlikli cərəyan vurmuşdur) diaqnozu qoymuşdur. Meyit Qaradağ Rayon Prokurorluğunun kapitanı Teymur Teymurova təhvil verilmiş və hadisə barədə 11-ci Polis Bölməsinin serjantı Əliyev və Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Ayşən Səfərlinin məlumatlandırıldığı bildirilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X32 X16» X33 Qaradağ rayon Şöbəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanan «28» noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, № 3-17-5/2-077171/2024 saylı sorğusuna cavab olaraq X1 meyitinin xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Prokurorunun köməkçisi T.Teymurov qərarı əsasında Qaradağ rayon məhkəmə-tibbi ekspertiza şöbəsinə gətirilərək xarici və daxili müayinədən keçirildiyi, mərhum R.F.Məmmədlinin ölümünə səbəb «elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində baş beyin ödəmi fonunda ürəyin reflektor olaraq dayanmasının olduğu və onun meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilmədiyi bildirilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 445143 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 639 № ilə qeyd aparılmış, ölümün səbəbi olaraq elektrik cərəyanın təsiri qeyd olunmuşdur. İşə əlavə olunmuş Azərişıq ASC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 13-13/2-1/23-18372/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinin 26 noyabr 2024-cü il tarixli, 3-17-5/2-85510/2024 nömrəli məktubuna cavab olaraq "xxxx" ASC-nin Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin Qobustan sahəsinin SƏB üzrə elektrik montyoru X1 xx.xx.2024-cü tarixində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin baş verdiyi "xxxx" MMC ilə "xxxx" ASC arasında xidməti müqavilənin olub-olmaması barədə müraciətə baxıldığı, bununla əlaqədar "xxxx" ASC ilə "xxxx" MMC arasında heç bir xidməti müqavilə bağlanılmadığı bildirilmişdir. Məhkəmə tərəfindən Qaradağ Rayon Prokurorluğuna verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 25, mənzil 42-də qeydiyyatda olmaqla yaşamış, "Azərişıq” ASC-nin Qaradağ RETSİ-nin X17 rayonu, Qobustan qəsəbəsi üzrə istismar sahəsinin elektrikmontyoru işləmiş, X1 23 oktyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar Qaradağ rayon prokurorluğunda araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Ramazan Məmmədlinin ölməsi faktında kənar şəxsin (şəxslərin) qəsdi və ya ehtiyatsızlığı olmamış və o, 23 oktyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində işdən kənar olaraq asudə vaxtlarında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1 ünvanında yerləşən "xxxx" MMC-nin elektrik naqili sistemində yaranmış nasazlığı aradan qaldırmaq üçün həmin MMC-nə dəvət olunmaqla işlədiyi zaman yüksək gərginlikli naqilə toxunaraq elektrik cərəyanı vurması nəticəsində öz ehtiyatsızlığından sağlamlığa ağır zǝrǝrvurmaya aid edilən hər iki sag və sol baldır nahiyələrinin yanıq sahələri (elektrik nişanələri) xəsarəti alaraq hadisə yerində ölmüşdür. Araşdırma zamanı toplanmış materialda cinayət hadisəsinin olmaması müəyyən edildiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "Azərişıq” ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 2024-cü ilin oktyabr ayı ərzində Qaradağ rayonunda yerləşən "xxxx" MMC-nin nümayəndəsi və ya onun direktoru X14 tərəfindən elektrik işlərinin həyata keçirilməsi məqsədi ilə hər hansı bir müraciət daxil olmadığı, eyni zamanda elektrik işlərinin həyata keçirilməsi məqsədi ilə "Azərişıq” ASC-nin heç bir əməkdaşı "xxxx" MMC-yə təhkim olunmadığı bildirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X10 və onun atası X9 hüquqi şəxs Şəxs direktoru X14 tərəfindən əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2024cü il tarixdə, saat 16:30–da əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Şəxs direktoru X14 həmin şəxslərin Azərişıq ASC-yə müraciəti əsasında idarə tərəfindən zavodda elektrik naqillərin bərpa olunması üçün təhkim edildiyini bildirsə də məhkəmə tərəfindən "xxxx" MMC-də elektrik işlərinin həyata keçirilməsi üçün hər hansı müraciətin daxil olub-olmaması ilə əlaqədar "Azərişıq” ASC-yə sorğu ünvanlanmış, həmin sorğuya "Azərişıq” ASC-dən daxil olmuş cavab məktubunda 2024-cü ilin oktyabr ayı ərzində Qaradağ rayonunda yerləşən "xxxx" MMC-nin nümayəndəsi və ya onun direktoru X14 tərəfindən elektrik işlərinin həyata keçirilməsi məqsədi ilə hər hansı bir müraciət daxil olmadığı, eyni zamanda elektrik işlərinin həyata keçirilməsi məqsədi ilə "Azərişıq” ASC-nin heç bir əməkdaşının "xxxx" MMC-yə təhkim olunmadığı bildirilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində izahatı alınmış X11 iş vaxtından kənar oğlunun dostuna kömək lazım olduğunu bildirdiyi üçün birlikdə zavodda işləməyə getdiklərini bildirmişdir. Həmçinin Şəxs direktoru X14 özü də məhkəmə iclasında verdiyi izahatında X12 ilə qonşuluqda yaşadığı üçün onunla tanışlıq münasibətlərinin olduğunu bildirmişdir. Məhkəmə X5 həmin şəxslərin "xxxx" ASC-yə müraciəti əsasında idarə tərəfindən zavodda elektrik naqillərin bərpa olunması üçün təhkim edildiyini barəsində izahatı özünümüdafiə məqsədilə, inzibati məsuliyyətdən yayınmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirməklə, onun qonşuluqda yaşamaqla tanışlıq münasibətlərindən irəli gələrək X4 və onun atası X3 onların "xxxx" ASC-dəki rəsmi əmək fəaliyyətlərindən kənar işlərin görülməsinə cəlb etməsini işin faktiki hallarına uyğun hesab edir. Məhkəmə hesab edir ki, Şəxs direktoru X14 tərəfindən işçilərin əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb olunması faktı işdə olan sübutların məcmusu ilə tam olaraq təsdiqini tapır. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, Şəxs rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilməsi halı öz təsdiqini tapır. Şəxs işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə üzərinə qoyulmuş vəzifələrə əməl etməmiş və bununla da inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar