Məhkəmə qərarları › İş №3(002)-1287/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1287/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1287/2025 12.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 12 iyun 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Hüseynov X6 Rayon Məhkəməsinin 2(056)-1477/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar X5 ödəməli olduğu aliment borcu üzrə qismən, yəni cəmi 6650 manat ödəniş həyata keçirmiş və nəticədə Şəxs 9910 manat manat borcu yaranmışdır. Məhkəmə iclası zamanı Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs işsiz olduğunu bəhanə gətirərək aliment borcunu ödəməkdən qəsdən yayınır, onun çağırışlarına vaxtında gəlmir, 2025-ci ilin mart ayından etibarən isə onun çağırışlarına gəlməkdən boyun qaçırır. X1 eşitdiyinə görə, borclu Şəxs sonuncu dəfə tələbkar A.H.Mehdiliyə 2025-ci ilin aprel ayında 150 manat ödəniş etmiş, indiyə qədər isə cəmi 6650 manat aliment ödənişi həyata keçirmişdir. Tələbkar A.H.Mehdili qalan 9910 manat borcunu tam olaraq ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, heç bir yerdə işləmədiyindən bu qədər borcu yaranmışdır. İmkanı olmadığı üçün ödənişi edə bilməmişdir. Axırıncı dəfə 2025-ci ilin aprel ayında aliment borcu üzrə tələbkar X5 150 manat ödəniş həyata keçirmişdir. Borcu birdəfəlik ödəyə bilmir. Gələcəkdə iş tapıb hər ay hissə-hissə ödəniş edəcəkdir. Anasının xəstə olmasını və anasına qulluq göstərməsini nəzərə alıb, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının gedişatında tələbkar X8 ilə mobil telefonla əlaqə saxlanılmış, tələbkar A.H.Mehdili aliment borcu üzrə borclu Şəxs ona aylıq ödəməli olduğu aliment üzrə axırıncı dəfə 2025-ci ilin aprel ayında 150 manat ödəniş apardığına, qalan 9910 manat aliment borcunu ödəməkdən boyun qaçırdığına, tələbkarın himayəsində olan iki azyaşlı uşaqları ilə maraqlanmadığına görə borclu Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş tələbkar X4 ödəniş kartından çıxarışdan görünür ki, borclu Şəxs aylıq ödəməli olduğu aliment üzrə qismən ödəniş aparmışdır. İş materiallarına əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi 12 iyun 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan ayın olur ki, Hüseynov X6 Rayon Məhkəməsinin 08 oktyabr 20219-cu il tarixli 2(056)- 1477/19 saylı icra sənədinə əsasən X5 ödəməli olduğu aliment borcunu qismən ödəmiş və nəticədə 9910 manat borc yaranmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin fakt icra sənədi, icraata başlamaq haqqında qərar, borclu Şəxs göndərilmiş bildiriş, borclunun izahatı və borclu barədə olan elektron sorğu ilə təsdiq edilir. Protokol tərtib edilən zaman Şəxs hal-hazırda işləmədiyindən aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58-1-ci bəndində göstərilmişdir ki, icra məmurunun probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, Şəxs alimenti qismən, yəni 6650 manatın ödəməsini, yaranmış aliment borcunun məbləğinin 9910 manat olmasını, tələbkar X4 aliment borcunun tam ödənilməsini tələb edərək borclu Şəxs şikayətçi olduğunu nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 12 iyun 2025-ci il tarixdən, saat 16:45-dən hesablansın. Həbs etmənin sonu 20 iyun 2025-ci il tarixə saat 16:45-dək müəyyən edilsin. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar