Məhkəmə qərarları › İş №3(002)-1289/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1289/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1289/2023 06.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş 06 iyul 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 17 iyun 2023-cü il tarixdə, səhər saatlarında Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzvlinoy küçəsində yerləşən avtobus duracağının yaxınlığında ictimai qaydanı pozaraq nalayiq söyüşlər söyərək X4 təhqir etmişdir. Buna görə də Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X7 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, X8 16 iyun 2023-cü il tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə, eləcə də, 20 iyun 2023-cü il tarixdə ərizə ilə Qaradağ RPİ-nin 10-cu PB-na müraciət edərək əvvəllər qeyi-rəsmi ər-arvad münasibətdə olduğu Şəxs adlı şəxsin onu əlində bıçaqla hədələməsi və ictimai yerdə nalayiq ifadələr işlətməsi barədə məlumat vermişdir. Araşdırma dövründə X8 tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs Qaradağ rayonu, Müşviqabad qəsəbəsində nəqliyyat vasitəsi ilə hərəkət edərkən avtomobilin şüşəsini aşağı endirərək X3 videoçəkiliş aparmasına etiraz edərək yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi kobudcasına pozur və cəmiyyətə açıqca hörmətsizliklə ifadə olunan əməl törədir. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 Hacı qızı öz izahatında bildirmişdir ki, Şəxs on iki ildir ki, tanıyır. Təqribən 2011-ci ildən 2020-ci ilədək qeyri-rəsmi ər-arvad münasibətləri olub. Bu münasibətdən bir oğlu var. Üç ilə yaxındır ki, o, İlkinlə münasibətini kəsmişdir. Buna səbəb İlkinin onu hədə-qorxu altında saxlaması olmuşdur. İlkinin mütəmadi olaraq yaratdığı münaqişələrə görə ondan ayrılmışdır. Ayrıldıqları gündən İlkin tez-tez onu izləyir, onun arxasına düşərək onu hədələyir. Dəfələrlə onun barəsində polis orqanlarına müraciət etmişdir. 17 iyun 2023-cü il traixdə də İlkin evdən işə gedərkən idarə etdiyi avtomobil vasitəsilə onu izləyirmiş. Bu hal indiyədək dəfələrlə təkrarlandığı üçün o bunu videoya çəkməyə başlamışdır. Bu zaman İlkin ona hədə-qorxu gələrək onu bıçaqlayacağını bildrimişdir. Həmçinin o, avtomobilin pəncərəsini aşağı salıb ictimai yerdə ona qarşı nalayiq ifadələr işlətmişdir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, rəsmi olaraq ailəlidir. Himayəsində bir azyaşlı olmaqla iki övladı var. Təqribən 2011-ci ildən 2020-ci ilədək Aygün Rahmanova ilə qeyi-rəsmi ər-arvad münasibətlərində olmuşlar. Bu münasibətdən bir oğlu dünyaya gəlmişdir. Aygün Rahmanova ona şər atır. Belə ki, o, Aygünü ümumiyyətlə təhqir etməmişdir. Əksinə Aygün 17 iyun 2023-cü il tarixdə səhər saatalarında telefon vasistəsilə, onun razılığı olmadan çəkiliş edərək onu bu əmələ təhrik etməyə çalışmışdır. X3 polisə təqdim etdiyi görüntülər çox əvvəl baş vermişdir. O, ümumiyyətlə Aygünü görmək istəmir. Odur ki, barəsində başlanılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PB-nın təhqiqatçısı, polis baş leytenantı Heydər Dadaşzadə tərəfindən tərtib edilmiş 26 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 10-cu PB-nın aidiyyatı əməkdaşlarına həvalə edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, materialın saxlanması üçün 10-cu PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar