Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1290/2023 12.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, 11 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin rəisi Natiq Camalov tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Qaradağ Rayon Polis İdarəsinin 38-ci PBnin rəisi Natiq Camalov tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, EXP-1074897-nömrəli inzibati tənbeh vermə qərarı xx.xx.2021-ci il tarixində yazılmış və qardaşı X4 xx.xx.2021-ci ildə 102 qaynar xəttinə və Daxili İşlər Nazirliyinə rəsmi məktub ünvanlanmışdır. xx.xx.2021-ci il tarixində DİN-dən mail-ə rəsmi məktub daxil olmuşdur. Məktubda bildirilmişdir ki, X7 protokolun əsaslığının yoxlanılması və müvafiq qərar qəbul olunması üçün Qaradağ Rayon Polis İdarəsinə vəsatətlə müraciət olunmuşdur. Görülmüş işlərin nəticəsi barədə əlavə olaraq həmin idarə tərəfindən sizə cavab veriləcək, lakin Qaradağ RPİ-dən heçbir rəsmi məktub ünvana və ya rəsmi imeylə göndərilməmişdir. Qaradağ RPİ-nə xx.xx.2023cü il tarixində qaynar xəttə zəng olunaraq qərarla bağlı cavab soruşduqdan sonra birqədər gözləməyini xahiş etmişlər. Daha sonra yenidən qaynar xəttə zəng olunaraq cavabla bağlı soruşduqda xx.xx.2021-ci ildə qərarın verdikləri lakin ünvanına göndərmədikləri cavabı imeylə xx.xx.2023-cü il tarixində göndərilmişdir və həmin gündə Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəməyə müraciətlə bağlı gecikmə qərarın göndərilməməsi ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən barəsində tətbiq edilən cərimənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, inzibati tənbehvermə haqqında qərardan ona görə şikayət vermişdir ki, xx.xx.2021-ci il tarixdə polis əməkdaşı tərəfindən saxlanılan və inzibati xətanı törədən şəxsin onun qardaşı olmasına baxmayaraq, özünü onun ad və soyadı ilə təqdim etdiyindən inzibati tənbehvermə haqqında qərar onun barəsində qəbul edilmişdir. İnzibati xətanın onun tərəfindən törədilmədiyini nəzərə alaraq, Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin rəisi Natiq Camalov tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli, EPQ ******* tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Qaradağ RPİ-nin 38-ci PB-nə məlumat verilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə vəsatətə Bakı şəhər Qaradağ RPİ-nin 38-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin rəisi Natiq Camalov tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərara əsasən X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsi tərəfindən X2 ünvanlanmış 15 iyul 2023-cü il tarixli məktubdan görünür ki, 29 iyun 2021-ci il tarixdə Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində xüsusi karantin rejimi dövründə qaydaları pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə EXP ******* nömrəli inzibati protokol tərtib olunaraq 100 manat məbləğində cərimə olunması haqqında qərar qəbul olunmuşdur. X7 protokol əsaslı tərtib olunduğundan, xitam olunması qanuna uyğun olmadığına görə təyin olunmuş cərimənin ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X7 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X7 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X7 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində X7 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Məhkəmə işin faktiki hallarına və K.E.Abbaszadənin şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, K.E.Abbaszadənin göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, K.E.Abbaszadə X7 protokolun tərtib edilməsi və həmin xəta üzrə onun barəsində inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsinə səbəb qardaşının özünü onun adı ilə təqdim etməsi olduğunu qeyd etsə də bu halı təsdiqləyəcək heç bir fakt məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 29 iyun 2021-ci il tarixdə törədilmiş əməl əsaslı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbinin pozulması kimi qiymətləndirilmiş və onun həmin maddə ilə təqsirli bilərək 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin X7 işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən, X7 protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən X7 iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X7 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin rəisi Natiq Camalov tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli, EPQ ******* saylı X7 iş üzrə qərarı qanuni və əsaslı olduğundan K.E.Abbaszadənin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin rəisi Natiq Camalov tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1290/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1290/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver