Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1291/2025 08.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 11 iyun 2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 81, mənzil Y.Y.M-1, 22-ci Müşfiq küçəsi, xx.xx.2025-ci il tarixdə “Araz” marketdə üzərində 1 kq-nın qiyməti 5,99 manat olan 0,454 kq “Tac” adlı qaymaqlı şor kassada 1 kq-nın qiyməti 6,60 manatdan hesablanaraq 3 manata satılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X7 öz izahatında nümayəndəsi olduğu Agentliyin tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, vətəndaş X2 30 may 2025-ci il tarixdə Agentliyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən "Araz" adlı supermarketdən (VÖEN: **********) almaq istədiyi 0,450 kq olan “Tac” adlı qaymaqlı şorun üzərində piştaxta qiymətinin 2.72 azn qeyd olunmasına baxmayaraq, kassada ondan 3 azn vəsait alınmışdır. Qeyd olunanları əsas gətirərək, vətəndaş bununla bağlı özünün istehlakçı hüquqlarının pozulduğunu iddia etmiş və müraciətinin aidiyyəti üzrə qanunvericiliyə uyğun araşdırılaraq müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Fakta bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həqiqətən də Şəxs MMC-də 1 kqnın qiyməti 5,99 manat olan 0,454 kq çəkidə “Tac” adlı qaymaqlı şor kassada 1 kq-nın qiyməti 6,60 manatdan hesablanaraq 2.72 azn-ə satılmalı olduğu halda 3 manata satılmışdır. Əslində isə onun satış qiyməti 2.72 AZN olmalı idi. 03 iyun 2025-ci il tarixdə Şəxs MMC-yə məktub ünvanlanaraq araşdırmada iştirak etmək məqsədilə səlahiyyətli nümayəndənin Agentliyə gəlməsi xahiş edilmişdir. MMC-nin nümayəndəsi X1 yaxınlaşaraq izahatında müştəri ilə yaranan anlaşılmazlığın ona bildirildiyini və onun şikayətini geri çəkdiyini, inzabati xətanın törədilmədiyini bildirmişdir. Buna görə də 11 iyun 2025-ci il tarixdə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə Şəxs MMC barəsində İXMnin 447.0.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş edilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş 11 iyun 2025-ci il tarixli, MN ******* saylı protokoldan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 81, mənzil Y.Y.M-1, 22-ci Müşfiq küçəsi, xx.xx.2025-ci il tarixdə “Araz” marketdə üzərində 1 kq-nın qiyməti 5,99 manat olan 0,454 kq “Tac” adlı qaymaqlı şor kassada 1 kq-nın qiyməti 6,60 manatdan hesablanaraq 3 manata satılmışdır. İş materillarına əlavə edilmiş Şəxs MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş çekindən aydın olur ki, 1 kiloqramı 5.99 manat təşkil edən 0.454 kq çəkidə “Tac” qaymaqlı şor satılarkən alıcıdan 2.72 azn əvəzinə 3 azn çıxılmışdır. 03 iyun 2025-ci il tarixli, 3-54/2-Ş-xx-xx/2025 saylı “istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunverciliyin tələblərinin pozulması haqqında” bildirişdən aydın olur ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Həmin bildiriş MMC-yə”GQ Express” məktub və bağlama daşıma xidməti vasitəsilə xx.xx.2025-ci il tarixdə, saat 09:42-də çatdırılmış, Arzu Nəsirova adlı şəxs tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinməklə sanksiyada nəzərdə tutulmuş cərimənin orta həddi miqdarında tənbeh edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1078, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) 11 iyun 2025-ci il tarixli, MN ******* saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1291/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1291/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver