Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1292/2025 11.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Beu Caspian” şirkətində kapitanın baş köməkçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində fərdi tikilidə yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Salyan-Bakı yolunda yerləşən Heydər Əliyev adına X8 “BP” şirkətinin körpüsü adlanan yerdə lövbər salmış “Beu Caspian” şirkətinə məxsus “Caspian Challenger” gəmisinin kapitanın baş köməkçisi işləyərkən xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində həmin gəmidə növbədə olduğu müddətdə işlərə birbaşa nəzarət və rəhbərlik etməli, eləcə də işçilərin təhlükəsiz şəraitdə işləmələrinə cavabdeh olmaqla, işlərin yerinə yetirilməsi zamanı baş verə biləcək təhlükələri lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək "Beu Caspian" şirkətinə məxsus "Caspian Challeneger' gəmisinin göyərtəsində оlаn içməli su bоrusuna su vеrilərkən təzyiqin уаrаnmаsı nəzərə alınaraq borunun qapayıcı başlığının etibarlı bağlanılması təmin edilmədiyinə görə, İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nün (Dövlət standartı)nın 2.1.2-ci bəndinin tələbi pozulduğuna görə su xətti borusunun ağzını bağlayan qapağın təzyiq nəticəsində yerindən çıxaraq Pünhan İsmayılovun ağzına dəyməsi nəticəsində sonuncu sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs, X3, X6 və X2 izahatları, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 25 aprel 2025-ci il tarixli, 10/2135 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 11 mart 2025-ci il tarixli, 15/07 saylı rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında 28 noyabr 2024-cü il tarixli protokol ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X4 çıxış edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, o, 2023-cü il tarixdən "xxxx" MMC-də sahə inspektoru işləyir. Vəzifəsi şirkətin tapşırığı əsasında müştərilərin su tankerlərindən, istifadə etdiyi torpaq və su sahəsindən, ekoloji dəyərlərə malik digər predmetlərdən laboratoriya üçün nümunələrin götürülməsindən ibarətdir. xx.xx.2024-cü il tarixdə şirkətin göstərişi ilə “Beu Caspian” şirkətinə məxsus “ Caspian Challenger” gəmisində məişət işləri üçün istifadə olunan sudan nümunə götürməli imiş. Saat 11 radələrində gəmiyə daxil olmuş, gəminin göyərtəsində olan su borusundan nümunə götürmək istəmişdir. O, adətən həmin xətdən nümunə götürən zaman borunun iri başlığını açdırıb götürür, lakin bu dəfə matros borunun daha nazik başlığından su götürməyini məsləhət gördü. Kapitan həmin xəttə su verdi, nazik borudan su axmağa başladı, lakin su böyük təzyiqlə axırdı. Bu zaman iri başlığın üzərinə örtən qırmızı rəngli, dairəvi formalı qapağın yanından suyun axdığını görmüşdür. Bu zaman hər an qapağın təzyiqlə çıxıb harasa dəyəcəyini düşünmüşdür. Ona görə də su boruya paralel dayanmışdır ki, elə şey olsa üzünə dəyməsin. Lakin, birdən qapaq yerindən çıxaraq onun ağzına dəymişdir. Məhkəmənin sualına cavab olaraq zərbədən ağzının qanadığını, öndə 4 ədəd dişinin qırıldığını, ona dəymiş ziyanın ödənildiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 79C-25 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, toplanmış material Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 mart 2025-ci il tarixli, 15/07 saylı rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər- sol qaş və alt dodaq nahiyələrinin əzilmiş yaraları, üst çənə sümüyünün xətt sınığı, soldan İ mərkəzi kəsici, sağdan İ mərkəzi kəsici və sağda İİ-İİİ dişlərin (ümumilikdə dörd ədəd dişin) travmatik sınması xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 25 aprel 2025-ci il tarixli, 10/2135 nömrəli rəyindən görünür ki, “Beu Caspian” şirkətinə məxsus “Caspian Challeneger” gəmisinin göyərtəsində içməli suyu platformaya ötürən su borusunun qapayıcı başlığının etibarlı bərkidilməməsi, yəni boruya su verilərkən təzyiqə tab gətirməyərək yerindən çıxması baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nün (Dövlət standartı)nın 2.1.2-ci bəndinin, yəni “istehsalat avadanlığının konustruksiyası bütün nəzərdə tutulan rejimləridə detal və yığma vahidlərinin dağılaraq işçilər üçün təhlükə yaratmasını istisna etməlidir. Əgər ayrı-ayrı detal və yığma vahidlərdə işçilər üçün təhlükə yarada biləcək yüklənmələr mümkündürsə, bu halda avadanlıq dağıdıcı yüklənmənin yaranmasını istisna edən cihazlarla təchiz edilməli, detallar qoruyucu örtüklərlə etibarlı bağlanmalı və elə yerləşdirilməlidir ki, işçilər üçün xəsarət alma şəraiti yaranmasın” tələbi pozulmuşdur. “Beu Caspian” şirkətinə məxsus “Caspian Challeneger” gəmisinin göyərtəsində olan içməli su borusuna su verilərkən təzyiqin yaranması nəzərə alınaraq borunun qapayıcı başlığının etibarlı bağlanılması təmin edilmədiyinə görə, İstehsalat avadanlığı” 12.2.003-91 DÜSTnün (Dövlət standartı)nın 2.1.2-ci bəndinin tələbi, gəmidə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs(-lər) tərəfindən pozulmuşdur (konkret şəxs(-lər) istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, "xxxx" MMC-nin sahə inspektoru X3 özü tərəfindən qayda və təlimatlarının tələblərinin pozuması halı müəyyən edilmir. İş materialında olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Salyan-Bakı yolunda yerləşən Heydər Əliyev adına X8 “BP” şirkətinin körpüsü adlanan yerdə lövbər salmış “Beu Caspian” şirkətinə məxsus “Caspian Challenger” gəmisidir. Gəminin uzunluğu 69 m, eni 16.8 m-dir. Gəmi ağ-göy rəngdədir, burun hissəsində ağ hərflərlə “Caspian Challenger” sözləri yazılmışdır. Pünhan İsmayılovun su nümunələri götürmüş olduğu gəminin su xətti göyərtənin sol bortunda yerləşir. Borunun əksər hissəsi ağ rənglidir, dəmirdəndir. Borunun uc hissəsi isə göy rənglidir, təxminən 57 dərəcə bucaq altına meyl edir. Borunun ucu dairəvi formadadır, paslanmışdır, bəzi yerlərdən su buraxır. Borudan bir qədər aralıda, yerdə bir ədəd qəhvəyi-göy rəngli, dairəvi formalı və bir ədəd qırmızı rəngli qapaqlıq vardır. Həmin qapaqlıqlar ardıclıq olaraq birinci qəhvəyi-göy rəngli sonra qırmızı rəngli qapaqlıq olmaqla borunun uc hissəsini bağlayır. Lakin, hadisə zamanı su təzyiqlə gəldiyi üçün qapaqlıqlar yerindən çıxmışdır. Baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək digər hal aşkar edilmədi. Bununla da baxış başa çatmışdır. İş materialında olan 13 may 2025-ci il tarixli “BEU Caspian P&O Maritime” şirkətinin Azərbaycan Respublikası üzrə nümayəndəliyinə ünvanlanmış məktubda “BUE Caspian - P&O Maritime” şirkətinə məxsus “Caspian Challenger” gəmisində xx.xx.2024-cü il tarixdə təhlükəsiz iş şəraitinin yaradılması vəzifəsi həvalə edilmiş şəxsin rayon prokurorluğunda izahatının alınmasının, həmçinin həmin şəxsin əmək müqaviləsi bildirişi və vəzifə təlimatlarının araşdırmaya təqdim olunmasının təmin edilməsinə göstəriş verilməsi xahiş olunmuş, məktuba cavab kimi hadisə baş verən zaman qeyd olunan gəmidə kapitan vəzifəsini icra edən Şəxs hadisənin baş verməsində tam məsul şəxs kimi 22 may 2025-ci il tarixdə rayon prokurorluğuna gələrək izahat vermiş və gəmi kapitanın baş köməkçisi kimi növbədə olduğu zaman baş vermiş bütün hadisələrə görə cavabdeh şəxs olduğunu etiraf etmişdir. İş materialında olan Şəxs tərəfindən imzalanmış vəzifə təlimatından görünür ki, vəzifə öhdəliklərinə gəmidə olan şəxsi heyətin təhlükəsizliyini təmin etmək, gəminin təhlükəsizliyinin təmin olunması üçün şəxsi heyətin təlimatlandırılması aiddir. İş materialında olan Şəxs inzibati araşdırma verdiyi izahatında bildirmişdir ki, o, 2023-cü ilin noyabr ayından “BEU Caspian” şirkətində kapitanın baş köməkçisi vəzifəsində işləyir. Vəzifəsi işlədiyi gəmidə olan şəxsi heyətin təhlükəsizliyini təmin etməkdən, gəmin təhlükəsizliyinin təmin olunması üçün şəxsi heyətin təlimatlandırılmasından ibarətdir. xx.xx.2024-cü il tarixdə “Caspian Challenger” gəmisi sahildə idi. "xxxx" MMC şirkətindən gəmidəki suyu analiz etmək üçün mütəxəssis gəlmişdir. Həmin şəxslər suyu götürüb laborotiyalara aparırlar və su da infeksiya ehtimalı olub-olmamasını yoxlayırlar. Həmin vaxtı onun növbəsi imiş. "xxxx" MMC-nin işçisi Pünhan İsmayılov gəminin əsas su xəttindən nümunə götürmək istədi. O da matros X9 İsmayılova köməklik göstərməsini tapşırmışdır. O, həmin vaxtı kapitan körpüsündə “ASMA”–nın nümayəndəsi ilə danışırmış. Birdən kapitanın ikinci köməkçisi Alı Almuradov ona xəsarət alan olması ilə bağlı məlumat vermişdir. O dərhal göyərtəyə düşmüşdür. Pünhanın ağzının və qaşının partladığını görmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır;. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə, o cümlədən ekspertiza rəyləri ilə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1800 (min səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1292/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1292/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver