Məhkəmə qərarları › İş №3(002)-1297/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1297/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1297/2022 17.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 23 sentyabr 2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətçi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 23 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar 23 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə Qaradağ Rayon Məhkəməsinə 17 oktyabr 2022-ci il tarixdə daxil olmuşdur. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilməmiş, həmçinin şikayət ərizəsində də bununla əlaqədar heç bir üzrlü səbəb göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, S.Ə.Əhmədovun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 23 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 23 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 23 sentyabr 2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X2 izah edilsin. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar